Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Ukrayna ilə qarşılşacaq Azərbaycan millisi dəstəksiz qalmayacaq.
Bu barədə "Report"a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib.
O, Polşada baş tutacaq görüşdə yığmanı 100-dən çox azarkeşin dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, qarşılaşma Krakov şəhərində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.