Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 13-də Ukrayna ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, yığma artıq oyunun keçiriləcəyi Krakova (Polşa) çatıb.
Hava limanında çamadanları gözləyərkən stolüstü futbol oynayan milli üzvlərinin əhvalının yaxşı olması da diqqətdən qaçmadı.
Azərbaycan yığması dünən seçmə mərhələdə Fransaya uduzub – 0:3.