Azərbaycan millisi FIFA reytinqində irəliləyəcək. Sport24.az-ın məlumatına görə, bu, oktyabrda yığmaların oyunlarından sonra mümkün olub.
Toqo seçməsinin dörd sıra geriləməsi millimizin bir addın irəli düşməsinə gətirib çıxaracaq.
Hazırda 1142.25 xalı olan yığmamız son siyahıda 123-cü olacaq. Bu isə komandanın bir pillə irəliləməsi deməkdir.
Azərbaycan ötən ay 1148,09 xalla 124-cü idi.
Qeyd edək ki, milliniz bu ay DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə uduzub.