17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxıb. Sport24.az xəbər verir ki, İlham Yadullayevin komandası Özbəkistan millisi ilə qarşılaşıb.
Həm Azərbaycan, həm də Özbəkistan millisi B qrupunu 6 xalla ikinci yerdə tamamlayıb.
Belarusun paytaxtı Minskdə təşkil edilən turnirin 3-cülük matçı özbəklərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Azərbaycan millisi turniri 4-cü yerdə başa vurub.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.