Azərbaycanın çimərlik futbolu millisinin üzvü Orxan Məmmədov Avropa çempionatının I seçmə mərhələsinin (EBSL) ən yaxşı futbolçusu seçilib.
"Report" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Ramil Əliyev isə 5 qolla bombardir olub.
Qeyd edək ki, seçmə mərhələdə ikinci pilləni tutan milli Avropa Superfinalına vəsiqə qazanıb. Superfinal 7-14 sentyabrda İtaliyada keçiriləcək. Yarışda ilk iki yeri tutacaq komandalar növbəti mövsüm A Liqasında çıxış edəcək.