Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandamsının heyətinə qoşulublar.
Onların əvəzinə Rüstəm Əhmədzadə ("Sumqayıt") və Abdulla Xaybulayev ("Sabah") əsas yığmaya cəlb olunublar.
Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.
Azərbaycan millisi Azərbaycanın U-21 millisi heyətdə dəyişiklik