top
Azərbaycan milli komandasının futbolçusu: Traktordan yenidən təklif gəlsə, qayıtmaq fikrim var - MÜSAHİBƏ Idman.biz
09 may 2025, 12:45
- ↺ +

Azərbaycan milli komandasının futbolçusu: "Traktor"dan yenidən təklif gəlsə, qayıtmaq fikrim var - MÜSAHİBƏ

2022-ci ildə Təbrizin "Traktor"da çıxış etmiş Azərbaycan millisinin və "Neftçi"nin müdafiəçisi Höccət Haqverdinin Teleqraf-a müsahibəsi

- Sabiq komandanız "Traktor" tarixində ilk dəfə İran çempionu oldu. Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

- ⁠"Traktor"da oynadığım üçün çox xoşbəxt idim. Çempionluğun bu komandanın azarkeşləri üçün nə qədər əhəmiyyətli olduğunu hiss edə bilirəm. Onlar 55 illik yarixlərində ilk dəfə qızıl medalları təmin etdilər və bu da qazandıqları uğuru daha dəyərli etdi.

- Keçmiş komanda yoldaşlarınızdan kimisə təbrik etməyə fürsətiniz oldumu? Heç düşündünüzmü: "Kaş mən də orada olaydım və bu anı özüm də yaşayaydım?"

- ⁠Xeyr, hələ bu komandadakı dostlarımı təbrik etmək fürsətim olmayıb, amma mütləq bunu edəcəyəm. Qalib "Traktor" komandasında olmaq istərdim. Bu, böyük şərəfdir.

- Gələcəkdə "Traktor"un oyunlarından birinə getmək və ya yaxın zamanda Təbrizə səyahət etmək planınız varmı?

- Vaxtım olsa, Təbrizə səyahət etməyi çox istərdim.

- Təcrübənizə əsasən, İran liqasını Azərbaycan Premyer Liqası ilə necə müqayisə edərdiniz: Hakimlik və rəqabət baxımından əsas fərqlər nələrdir?

- Ümumilikdə düşünürəm ki, İran Pro-liqasında rəqabət daha sərtdir və çempion olmaq çox çətindir. Bütün oyunlar ağır keçir, bütün komandaların çoxlu azarkeşi var. Amma Azərbaycanda bir-iki komanda ilə digərləri arasında fərq daha çoxdur. Buna görə də çempion olmaq daha asandır. Hakimlik isə demək olar ki, eynidir.

- Hazırda "Turan Tovuz"un baş məşqçisi olan türkmənistanlı Kurban Berdıyevlə birgə çalışmısınız. O dönəmləri necə xatırlayırsızınız?

- Bəli, Kurban Berdıyevi oradan tanıyıram. Berdıyev əla baş məşqçi və mükəmməl insandır. Mən onunla işləməkdən zövq alırdım. Ümumiyyətlə, kollektivimiz onun "Traktor"da olmasından məmnun idi. Yaxşı insan və peşəkar mütəxəssisdir. Azərbaycanda da çox yaxşı işlər görür. Onun təcrübəsi və gördüyü işlər, sadəcə alqışalayiqdir.

- Oradan ayrıldığınız zaman demişdiniz: "Ümid edirəm ki, gələcəkdə daha yaxşı şəraitdə və azarkeşlərin dəstəyinə təşəkkür əlaməti olaraq, "Traktor" formasını yenidən geyinərəm". Bu sözlərlə nə demək istəmişdiniz və həmin vaxt ayrılmağınıza nə səbəb olmuşdu?

- ⁠Bəli, "Traktor"da yenidən oynamaq istərdim. Orada yaxşı günlərim olub. Ayrılmağımın səbəbi icarə əsasında oynamağım və yarım mövsümdən sonra "Neftçi"yə qayıtmaq məcburiyyətində qalmağım idi.

- "Traktor" azarkeşləri çılğınlığı, sadiqliyi və güclü dəstəkləri ilə tanınır. Bu atmosfer bir futbolçu kimi sizə necə təsir edirdi?

- ⁠Azarkeşlər möhtəşəmdir. Əksər oyunlarda stadionda 40-50 min azarkeş olur. Hətta səfər oyunlarına belə, minlərlə azarkeş gəlir və bu da oyunçular üçün böyük motivasiyadır. Bu, eyni zamanda rəqib komandaya da mənfi təsir göstərir.

- Orada olduğunuz müddətdə farsların sizə münasibətin ayrı-seçkiliklə qarşılaşmısınızmı: Azərbaycan köklü klubda olmağın üstünlükləri və çətinlikləri nələr idi?

- İranda azərbaycanlılarla farslar arasında heç bir problemin olmadığını deyə bilərəm. Azərbaycanlılar İranın bir çox şəhərində farslarla yanaşı yaşayırlar. Mən Təbrizdə və İranın başqa şəhərlərində yaşadığımdan, bunu tam şəkildə hiss etmişəm. "Traktor" azarkeşləri ilə "Persepolis", "İstiqlal", "Sepahan" və digər məşhur komandaların azarkeşləri arasında ciddi rəqabət olsa da, bu, tamamilə futbolla bağlıdır və başqa heç bir məsələ ilə əlaqəsi yoxdur.

- "Qarabağ" baş məşqçisi Qurban Qurbanov "Traktor"la yoldaşlıq oyunu keçirməyə hazır olduqlarını bildirib. Belə bir oyunun baş tutması nə dərəcədə realdır?

- ⁠Düşünürəm ki, "Neftçi" və ya "Qarabağ"ın "Traktor"la yoldaşlıq oyunu keçirməsi çox gözəl fikir olardı. Təəssüf ki, bu, hələ baş verməyib, amma çox maraqlı ola bilər.

- Bir neçə il əvvəl "Neftçi" də "Traktor"la yoldaşlıq oyunu planlaşdırmışdı, amma bu, baş tutmadı. Belə bir oyunda onlara qarşı çıxmaq istərdinizmi?

- ⁠Əlbəttə, "Traktor"a qarşı başqa komandada deyil, "Neftçi"nin heyətində çıxış etməyi üstün tutaram.

- Yenidən şans yaransa, Təbrizə dönüb, yenidən "Traktor"un formasını geyinməyi düşünürsünüz?

- ⁠Əlbəttə, yenidən təklif alsam, "Traktor"a qayıtmaq istərdim.

- ⁠Milli komandanın üzvü kimi Azərbaycanla hansı bağlılığınız var?

- Mən İranda boya-başa çatmışam. Amma babam azərbaycanlıdır. Onlar əsl bakılıdırlar (gülür - red).

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

Dodo: Azərbaycan çempionatında oyun həmişə çətin olub, gələcəkdə yenidən çıxmaq istəyir

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Oxşar xəbərlər