top
Azərbaycan Media Liqası 3-cü mövsümünə start verir: Mətbuat konfransı keçirildi Sport24.az
30 sentyabr 2025, 21:26
- ↺ +

Azərbaycan Media Liqası 3-cü mövsümünə start verir: Mətbuat konfransı keçirildi

Park Cinema-da Azərbaycan Media Liqasının futbol üzrə 3-cü mövsümünə həsr olunmuş rəsmi mətbuat konfransı keçirilib. Sport24.az xəbər verir ki, tədbir çərçivəsində komandaların püşkatması da baş tutub. Konfransda layihənin təşkilatçıları, Azərbaycan Futbol Federasiyasının nümayəndələri, sponsorlar, tərəfdaşlar, jurnalistlər və komandaların təmsilçiləri iştirak etdilər.

 

Media Liqasının üçüncü mövsümü 4 oktyabr tarixində Bayıl Arena stadionunda start götürəcək. Oyunlar hər şənbə və bazar günləri keçiriləcək. Turnirdə 6 komanda iştirak edəcək; komandalar məşhur bloqerlərdən, müğənnilərdən, aktyorlardan, tanınmış idmançılardan, jurnalistlərdən, influensərlərdən formalaşdırılıb.

 

Layihənin həmtəsisçilərindən biri Nuqzar Kvirtiya isə konfransda bunu deyib: "Azarkeşləri həyəcanlı oyunlar, parlaq şou elementləri və idmanla medianı birləşdirən unikal format gözləyir. "Biz Azərbaycan üçün yeni bir format yaradırıq və layihə artıq 3-cü mövsümünə qədəm qoyur. Komandaların sayı artdı, bu isə daha çox oyun və daha çox emosiyalar deməkdir. Məqsədimiz gəncləri ruhlandırmaq, tamaşaçılara yadda qalan şou bəxş etmək və yeni ənənələrin təməlini qoymaqdır".

 

Layihənin digər həmtəsisçisi Ziya Əliyev isə yeni mövsümlə bağlı bunları bildirib: "Azərbaycan Media Liqası təkcə futbol deyil. Bu, medianı, incəsənəti və idmanı bir araya gətirən böyük platformadır. Bizim üçün əsas məqsəd, gənclərin futbola və sağlam həyata marağını artırmaq, eyni zamanda ölkəmizdə yeni əyləncə ənənələri formalaşdırmaqdır. Bu layihə gənclər üçün nümunə olacaq və onları meydanda da, həyatda da özlərini göstərməyə ruhlandıracaq".

 

Layihə Azərbaycan Futbol Federasiyasının, həmçinin baş sponsorların və tərəfdaşların dəstəyi ilə həyata keçirilir. İlk oyunlar artıq qarşıdakı həftəsonu baş tutacaq və tamaşaçılar ölkədə idman-media hadisələrinin yeni mərhələsinin şahidi olacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər