Futbol üzrə Azərbaycan millisinin Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyunun təyinatları açıqlanıb.
Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Görüşü Maltadan və Latviyadan olan hakimlər idarə edəcək.
Baş hakim Trustin Farrugia Canna Luke Portelli və Roberto Vella yardım edəcək. Dördüncü hakim funksiyasını isə latviyalı Vitalis Spasyonnikovs yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma iyunun 7-də, Paytaxt Riqada yerləşən "Skonto" stadionunda saat 17:00-da start götürəcək.