Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
İdman.biz PFL-ə istinadən xəbər verir ki, mərasim sentyabrın 17-də "Holiday INN" otelində baş tutacaq.
Saat 15:00-da başlanacaq tədbirə Peşəkar Futbol Liqasının 2025/26 mövsümü üçün akkreditasiya qeydiyyatından keçmiş media nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/26 mövsümündə 34 komanda iştirak edəcək.
İdman.biz