top
Azərbaycan Kuboku: Qəbələ 1/4 finalda, Sumqayıt Zirə ilə qarşılaşacaq - YENİLƏNİR + VİDEO Idman.biz
04 dekabr 2025, 21:02
- ↺ +

Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finalda, "Sumqayıt" "Zirə" ilə qarşılaşacaq - YENİLƏNİR + VİDEO

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına yüksələn daha bir komanda bəlli olub.

İdman.Biz xəbər verir ki, 1/8 finalda I Liqa təmsilçisi "Difai"yə 3:1 hesabı ilə qalib gələn "Sumqayıt" növbəti raunda adlayıb.

Bölgə təmsilçisi yarımfinala gedən yolda "Zirə" ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" "İmişli"ni (2:1), "Qarabağ" "Karvan-Yevlax"ı (3:0), "Qəbələ" isə "Şəfa"nı (2:1) məğlub edib.

16:55

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına yüksələn daha bir komanda bəlli olub.

İdman.Biz xəbər verir ki, "Qəbələ" bu raundda iştirak hüququ qazanıb.

"Qırmızı-qaralar" 1/8 finalda I Liqa təmsilçisi "Şəfa"nı doğma meydanda məğlub ediblər - 2:1.

Meydan sahiblərinin heyətində qolları 2-ci və 53-cü dəqiqələrdə İbrahim Sanqare vurub. Qonaqlardan Emin Zamanov 6-cı dəqiqədə adını tabloya yazdırıb.

"Qəbələ" 1/4 finalda "Sabah"la üz-üzə gələcək.

Bu gün, saat 19:00-da "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" görüşləri başlayacaq.

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" əlavə vaxtda "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" əlavə vaxtda "İmişli"ni (2:1), "Qarabağ" isə "Karvan-Yevlax"ı (3:0) məğlub edib.

09:20

Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçiriləcək.

İlk olaraq "Qəbələ" I Liqa təmsilçisi "Şəfa"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Saat 19:00-da "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" görüşləri başlayacaq.

"Qəbələ" - "Şəfa" cütünün qalibi növbəti raundda "Sabah"la üz-üzə gələcək. "Araz-Naxçıvan" - "Kəpəz" duelinin güclüsü 1/4 finalda "Turan Tovuz"a, "Difai" - "Sumqayıt" oyununda qalib gələn tərəf "Zirə"yə rəqib olacaq.

Bizon Azərbaycan Kuboku
1/8 final
4 dekabr
15:00. "Qəbələ" - "Şəfa"

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu

19:00. "Araz-Naxçıvan" - "Kəpəz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
"Liv Bona Dea Arena"

19:00. "Difai" - "Sumqayıt"
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" əlavə vaxtda "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" əlavə vaxtda "İmişli"ni (2:1), "Qarabağ" isə "Karvan-Yevlax"ı (3:0) məğlub edib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Bu gün, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Bu gün, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Futbol
Bu gün, 04:19

Brunu Fernandeş Ronalduyu müdafiə edərək Portuqaliya Futbol Federasiyasını problemi həll etməyə çağırır

Futbol
Bu gün, 01:34

Klopp Yunanıstanın qələbəsini layiqli hesab edir, revanş öncəsi hazırdır

Futbol
Bu gün, 00:53

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

Qarabağ FK
Dünən, 20:58

Qarabağ məşqçisi Qurban Qurbanov: “Zirə ilə 3:1 qalibiyyəti, milli oyunçuların yüklənməsi və gələcək qarşılaşmalar üçün möhkəm hazırlıq vacibdir”

Futbol
Dünən, 20:17

Litva millisinin baş məşqçisi: “Biz Bakıdakı matça qələbə ilə çıxacağıq”

Futbol
Dünən, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı;

Futbol
Dünən, 19:56

“Qəbələ” Yapon U‑20 yığmasına 1:3 hesabı ilə məğlub oldu

Qarabağ FK
Dünən, 19:26

Qarabağ, Zira üzərində 3:1 qalibiyyəti ilə üstünlük qazandı

Futbol
Dünən, 17:45

Rahid Əmirquliyev: Heyətin potensialı qələbələrə yol açır

Futbol
Dünən, 16:30

“Qəbələ” heyətinə albaniyalı yarımmüdafiəçi Endri Çekiçi qatıldı

Gimnastika
Dünən, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Dünən, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Dünən, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Dünən, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Dünən, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Dünən, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Dünən, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Dünən, 02:14

Edin Çeko milli komandadakı son oyununu fəxri dəhlizlə başa çatdırdı

Futbol
Dünən, 01:38

Levandovski 7 il sonra Polşa millisində hat-trik vurdu

Futbol
Dünən, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Dünən, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Oxşar xəbərlər