top
Azərbaycan Kuboku: 1/8 finala vəsiqə qazanan bütün komandalar məlum oldu Idman.biz
29 oktyabr 2025, 20:49
- +

Azərbaycan Kuboku: 1/8 finala vəsiqə qazanan bütün komandalar məlum oldu

Futbol üzrə Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan son komanda məlum olub.

İdman.Biz xəbər verir ki, "Neftçi" MOİK-i darmadağın edib - 6:2.

18:04

Futbol üzrə Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan daha iki komanda məlum olub.

İdman.Biz xəbər verir ki, "Qəbələ" "Mingəçevir"i darmadağın edib - 5:1.

Digər oyunda isə "Şamaxı" "Səbail"dən üstün olub - 1:0.

17:28

Futbol üzrə Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub.

İdman.Biz xəbər verir ki, "Şimal" "Şahdağ Qusar"la üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı qolsuz yekunlaşıb. Əlavə vaxtda 2:0 hesablı qələbə qazanan Qusar təmsilçisi növbəti mərhələyə adlayıb.

15:58

Futbol üzrə Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan daha iki komanda bəlli olub.

İdman.Biz xəbər verir ki, "Sumqayıt" və "Difai" növbəti raunda vəsiqəni təmin ediblər.

"Gənclik şəhəri" təmsilçisi II təsnifat mərhələsində "Zaqatala"nı (3:0), Ağsu klubu isə "Xankəndi"ni (2:1) məğlub edib.

Bu raundun "Şimal" - "Şahdağ Qusar" görüşündə əsas vaxt qolsuz heç-heçə ilə bitib. Hazırda əlavə vaxt oynanılır.

Bu gün "Qəbələ" - "Mingəçevir", "Səbail" - "Şamaxı", "Neftçi" - MOİK oyunları da keçiriləcək.

Qeyd edək ki, ötən gün "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq" və "Şəfa" 1/8 finala vəsiqə qazanıblar.

09:20

Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşması baş tutacaq.

Premyer Liqa təmsilçilərindən "Sumqayıt" "Zaqatala" ilə, "Qəbələ" "Mingəçevir"lə, "Şamaxı" "Səbail"lə, "Neftçi" MOİK-lə üz-üzə gələcək.

Bundan əlavə, "Difai" "Xankəndi" ilə, "Şahdağ Qusar" "Şimal"la qarşılaşacaq.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi
29 oktyabr
14:00. "Şimal" – "Şahdağ Qusar"

Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Xankəndi" – "Difai"
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Ağsu şəhər stadionu

14:00. "Zaqatala" – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

16:00. "Qəbələ" – "Mingəçevir"
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu

16:00. "Səbail" – "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"ASCO Arena"

19:00. "Neftçi" – MOİK
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Palms Sports Arena"

Qeyd edək ki, ötən gün "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq" və "Şəfa" 1/8 finala vəsiqə qazanıblar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər