top
Azərbaycan Kuboku: 1/4 Final Cütləri Bəlli Oldu Idman.biz
04 dekabr 2025, 21:45
- ↺ +

Azərbaycan Kuboku: 1/4 Final Cütləri Bəlli Oldu

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına yüksələn sonuncu komanda bəlli olub.

İdman.Biz xəbər verir ki, 1/8 finalda "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gələn "Kəpəz" növbəti raunda adlayıb.

Oyunun əsas vaxtı 0:0 hesabı ilə qurtarıb. Yeganə qolu əlavə vaxtda, 115-ci dəqiqədə Ohori vurub.

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Sumqayıt" "Difai"ni (3:1), "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" "İmişli"ni (2:1), "Qarabağ" "Karvan-Yevlax"ı (3:0), "Qəbələ" isə "Şəfa"nı (2:1) məğlub edib.

Beləliklə, futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri bəlli olub.

¼ finalda "Turan Tovuz" – "Kəpəz", "Zirə" – "Sumqayıt", "Şamaxı" – "Qarabağ" və "Sabah" – "Qəbələ" oyunları keçiriləcək.

21:02

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına yüksələn daha bir komanda bəlli olub.

İdman.Biz xəbər verir ki, 1/8 finalda I Liqa təmsilçisi "Difai"yə 3:1 hesabı ilə qalib gələn "Sumqayıt" növbəti raunda adlayıb.

Bölgə təmsilçisi yarımfinala gedən yolda "Zirə" ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" "İmişli"ni (2:1), "Qarabağ" "Karvan-Yevlax"ı (3:0), "Qəbələ" isə "Şəfa"nı (2:1) məğlub edib.

16:55

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına yüksələn daha bir komanda bəlli olub.

İdman.Biz xəbər verir ki, "Qəbələ" bu raundda iştirak hüququ qazanıb.

"Qırmızı-qaralar" 1/8 finalda I Liqa təmsilçisi "Şəfa"nı doğma meydanda məğlub ediblər - 2:1.

Meydan sahiblərinin heyətində qolları 2-ci və 53-cü dəqiqələrdə İbrahim Sanqare vurub. Qonaqlardan Emin Zamanov 6-cı dəqiqədə adını tabloya yazdırıb.

"Qəbələ" 1/4 finalda "Sabah"la üz-üzə gələcək.

Bu gün, saat 19:00-da "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" görüşləri başlayacaq.

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" əlavə vaxtda "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" əlavə vaxtda "İmişli"ni (2:1), "Qarabağ" isə "Karvan-Yevlax"ı (3:0) məğlub edib.

09:20

Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçiriləcək.

İlk olaraq "Qəbələ" I Liqa təmsilçisi "Şəfa"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Saat 19:00-da "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" görüşləri başlayacaq.

"Qəbələ" - "Şəfa" cütünün qalibi növbəti raundda "Sabah"la üz-üzə gələcək. "Araz-Naxçıvan" - "Kəpəz" duelinin güclüsü 1/4 finalda "Turan Tovuz"a, "Difai" - "Sumqayıt" oyununda qalib gələn tərəf "Zirə"yə rəqib olacaq.

Bizon Azərbaycan Kuboku
1/8 final
4 dekabr
15:00. "Qəbələ" - "Şəfa"

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu

19:00. "Araz-Naxçıvan" - "Kəpəz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
"Liv Bona Dea Arena"

19:00. "Difai" - "Sumqayıt"
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" əlavə vaxtda "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" əlavə vaxtda "İmişli"ni (2:1), "Qarabağ" isə "Karvan-Yevlax"ı (3:0) məğlub edib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Dünən, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Dünən, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Dünən, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Dünən, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Oxşar xəbərlər