33-cü Azərbaycan Kubokunun finalı həlledici matçdakı debütlə əlamətdar olacaq.
İdman.biz xəbər verir ki, "Sabah" ilk dəfə finalın iştirakçısı olacaq.
Son iki finalda yeni ad olmayıb. 2023-cü ildə "Qəbələ" və "Neftçi", ötən il isə "Qarabağ" və "Zirə" kubok üçün növbəti cəhdlərini gerçəkləşdirib.
Finalda sonuncu yeni ad 2022-ci il mayın 27-də olub. 1100 gün əvvəl "Qarabağ"la görüşən "Zirə" penaltilərlə uduzub – 1:1, p.3:4.
İdman.biz