top
Azərbaycan klubunun 5 oyunluq cəzalandırılan prezidenti: Hakimin təhqir olunmasından söhbət gedə bilməz Report.az
07 aprel 2025, 16:04
- ↺ +

"Azərbaycan klubunun 5 oyunluq cəzalandırılan prezidenti: "Hakimin təhqir olunmasından söhbət gedə bilməz"

Hakimin təhqir edilməsindən söhbət gedə bilməz.

Bunu "Report"a açıqlamasında Azərbaycan II Liqasında çıxış edən "Haypers Guba"nın prezidenti Ayaz Abdullayev XIX turda baş tutan "Ağdaş"la (3:3) matçda yaşananlara görə cəzalanmasına münasibət bildirərkən deyib.

Klub rəhbəri etirazlarının təhqir kimi qələmə verildiyini vurğulayıb:

"İntizam Komitəsinə necə deyilibsə, o formada qərar qəbul edilib. Lakin videotəkrara baxanda hakimlə nə qədər nəzakətli davrandığım görünür. Hansısa emosional davranış ola bilər. Hakimin təhqir edilməsindən söhbət gedə bilməz. Bu bir etirazdır, belə hallara dünya futbolunda da rast gəlinir. İndiyə qədər heç bir hakimlə yüksək tonda danışmamışam. Komandama da həmişə hakimlərə qarşı hansısa fikirlər səsləndirməmələrini tapşırıram".

O, komandanın məşqçisi Rəsul Babazadənin 2 oyunluq cəzalanmasına da toxunub:

"Məşqçinin cəzasına gəlincə, oyun vaxtı nə baş verdiyini görməmişəm. Amma videotəkrara baxanda görünür ki, məşqçi əli ilə nəsə işarə edir. Bunun təhdid olub-olmadığını isə dəqiq deyə bilmərəm".

Klub prezidenti öz cəzası ilə bağlı apellyasiya şikayəti verəcəklərini söyləyib:

"Tam gözləmədiyimiz epizodlar idi. Oyunda cəzalandırılan futbolçularla bağlı klub tərəfindən də tədbirlər görülüb. Açığı, məşqçi ilə bağlı apellyasiya şikayəti etməyəcəyik. Çünki əl hərəkəti olduğu görünür. Çox güman, özümlə və futbolçumuz Baxşəli Baxşəlyievlə bağlı apellyasiya şikayəti verəcəyik".

Qeyd edək ki, "Ağdaş"la oyundan sonra hakimi təhqir etdiyinə görə A.Abdullayev 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb. Bununla yanaşı, məşqçi Rəsul Babazadə meydana daxil olaraq hakimi təhdid etdiyi üçün 2 oyunluq disvalifikasiya olunub. Həmçinin oyun zamanı yol verdikləri intizamsızlığa görə futbolçulardan Baxşəli Baxşəliyev 2, Xaqan Məmmədov isə 1 oyunluq cəzaya məruz qalıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Oxşar xəbərlər