top
Azərbaycan - İslandiya matçının təhlili: İlk hissədə buraxılan qollar və ikinci hissədəki cəhdlər xilas etmədi Idman.biz
14 noyabr 2025, 10:20
- ↺ +

Azərbaycan - İslandiya matçının təhlili: İlk hissədə buraxılan qollar və ikinci hissədəki cəhdlər xilas etmədi

Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsinin finişinə yaxınlaşır. Seçmə mərhələnin sonuna yaxın keçirilən iki ev oyunundan birincisində yığma İslandiyaya 0:2 hesabı ilə uduzdu. İki gün sonra isə komandanı Fransa ilə matç gözləyir. Qeyd etmək lazımdır ki, fransızlar üçün də bu qarşılaşmanın turnir baxımından heç bir əhəmiyyəti olmayacaq, çünki onlar ən yaxın izləyicilərdən altı xal öndədirlər.

İdman.Biz qeyd edir ki, İslandiya ilə oyundan əvvəl millimiz adına müəyyən ümidlər var idi.

Çünki seçmə mərhələnin əvvəlində Reykyavikdəki 0:5 hesablı məğlubiyyətdən sonra Fernandu Santuşa "hökm oxunmuş", bunun ardınca Ayxan Abbasov baş məşqçi təyin edilmişdi. Adalar təmsilçisi ilə cavab oyununa qədər komanda Ukrayna və Fransa ilə görüşlərdə pis təsir bağışlamamışdı. Buna görə də gözləntilər vardı ki, yığma ilk oyuna nisbətən daha yaxşı performans göstərəcək. Lakin bu gözləntilər yalnız qismən özünü doğrultdu.

Milli komanda adətən fiziki mübarizəli futbol sərgiləyən rəqiblərə qarşı öz oyununu göstərə bilmir. Həmçinin taktiki baxımdan da məhdudiyyətlər mövcuddur: matç ərzində oyun ritminin qurulmaması, müdafiədən hücuma keçiddə çətinliklər, mövqe mübarizəsində boşluqlar və pressinq altında oynaya bilməmək kimi problemlər nəzərə çarpır.

İslandiyalılar Bakıda ilk hissədə məhz belə futbol təklif etdilər və özlərini kifayət qədər rahat hiss etdilər. Elə buna görə də vurulan hər iki qol müdafiədəki kobud səhvlərin nəticəsi oldu və qonaqlar qarşılarına çıxan imkanlardan maksimum istifadə etdilər. Şimallıların ikinci qolu bunun bariz nümunəsi idi - Sverrir İnqason cinahdan göndərilən ötürməni başla tamamladı.

Fasilədən sonra millimiz xeyli canlandı, hərəkətliliyi artırdı və daha çox hücum etməyə başladı, lakin bu, gözlənilən effekti vermədi. Epizodlar var idi - Anatoli Nuriyevin boş qapıya vurduğu topun qapı çərçivəsindən yayınması buna nümunədir. Düzdür, həmin epizoddan bir neçə dəqiqə sonra İslandiyalılar üçüncü qola da yaxın idilər: Yon Daqyur Torsteynsson yaxın məsafədən zərbə endirdi, amma Aydın Bayramov təhlükəni dəf etməyi bacardı. Ümumilikdə qapıçı matç boyunca komandanı bir neçə dəfə xilas etdi.

İslandiyaya məğlubiyyət göstərdi ki, bəzi hallarda futbolçularımıza elementar soyuqqanlılıq çatmır. Komanda epizod yaradır, lakin onları dəyərləndirə bilmir və bu cür oyunlarda məhz belə məqamlar nəticəyə təsir edən əsas fərqlərdən olur. Yığmanı bir çox istiqamətdə ciddi və davamlı iş gözləyir. Ayxan Abbasov isə inkişafın mümkün olduğuna inanır.

"Məyus olmağa dəyməz. Komanda gəncləşməyə davam edir. İlk hədəf - UEFA Millətlər Liqasının C divizionuna qayıtmaqdır. Keçirilmiş oyunlara da bu prizma ilə baxırıq. Tam hazır olmalıyıq. Bu, gələcəyin işidir. Hələ böyük nəticələrdən danışmaq tezdir, amma işləmək vacibdir", - deyə baş məşqçi mətbuat konfransında bildirib.

Qarşıda isə Fransa ilə seçmə mərhələnin son oyunu var. Böyük ehtimalla Tofiq Bəhramov adına Respublika Stadionunda anşlaq olacaq və matça xüsusi maraq göstəriləcək. Güc nisbəti aydın olsa da, oyun azarkeşlərə estetik mənada xoş təsir bağışlaya bilər.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Bu gün, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Bu gün, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Bu gün, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Futbol
Bu gün, 20:27

"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted"in transfer siyahısına daxil olub

Digər
Bu gün, 20:21

Azərbaycanın sambo üzrə dünya çempionatında iştirak edən 7 idmançıdan ibarət heyəti müəyyənləşib

Futbol
Bu gün, 20:11

Karrik: “Mən istefa etməyəcəyəm, bu iddialara inanmıram”

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Futbol
Bu gün, 19:58

Barselona, 70 milyon avro üçün Bastoninin transferi üçün danışıqları yenidən başlatdı

Futbol
Bu gün, 19:44

Estevao ‘Çelsi’də qalmağa qərar verdi, Alonso onun daha çox oynanacağına inanır

Qarabağ FK
Bu gün, 19:29

Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropada davamlı olaraq uğur qazanmasını arzulayıram”

Futbol
Bu gün, 19:28

Van Dayk: "VAR işləməyəcəksə, 50 kamera nə üçündür?"

Cüdo
Bu gün, 19:21

Xankəndidə 78 cüdoçu ilk dəfə kəmər dərəcəsi imtahanından keçdi

Digər
Bu gün, 19:12

FIFA, İnfantinonun 6,8 milyon manatlıq vergisini gizli razılaşma ilə ödəyib

Futbol
Bu gün, 18:59

Çelsi Aleks Skottu 100 milyon avroya transfer etmək istəyir

Cüdo
Bu gün, 18:55

Ağdamda ilk cüdo zalı istifadəyə verilib

Futbol
Bu gün, 18:49

Milan, Endrik transferi üçün Cerri Kardinalini maraqlandırır

Formula 1
Bu gün, 18:48

Andrea Kimi Antonelli 20 yaşında Formula 1 çempionu oldu

Cüdo
Bu gün, 18:41

Xankəndidə yeniyetmə cüdoçular üçün təlim seminarı keçirilib

Futbol
Bu gün, 18:34

“Barselona” qapıçısı Joan Qarsiya: Sevgilisi ilə dağda paylaşdığı fotolar komandada zarafat mövzusu oldu

Futbol
Bu gün, 18:29

Real Madrid braziliyalı hücumçunu icarəyə verəcək

Digər
Bu gün, 18:25

Ravin Alməmmədov dünya çempionatında 12-ci yerə yüksəldi

Futbol
Bu gün, 17:59

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

Digər
Bu gün, 17:55

Azərbaycanın idman dırmanması üzrə millisi üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib

Oxşar xəbərlər