top
Azərbaycan futzal millisinin üzvü: İsveçlə oyunda diqqətsizlikdən qollar buraxdıq Report.az
18 dekabr 2024, 14:28
- ↺ +

Azərbaycan futzal millisinin üzvü: "İsveçlə oyunda diqqətsizlikdən qollar buraxdıq"

İsveçlə oyunda iki dəfə hesabda önə keçsək də, diqqətsizlikdən qollar buraxdıq və məğlub duruma düşdük.

"Report" xəbər verir ki, bunu Azərbaycan futzal millisinin üzvü Ülvi Əliyev AVRO-2026-nın əsas mərhələsində qarşılaşdıqları İsveçlə oyun barədə danışarkən deyib.

Ü.Əliyev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında azarkeşlərə təşəkkür edib:

"İsveçlə oyunda bizə inanan və dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Zalda gözəl atmosfer yaratmışdılar, gücümüzə güc qatdılar. Oyuna gəlincə, meydana çıxan hər birimiz əlimizdən gələni etdik ki, seçmə mərhələyə qələbə ilə başlayaq. İki dəfə hesabda önə keçsək də, diqqətsizlikdən qollar buraxdıq və məğlub duruma düşdük. Ancaq son saniyəyə qədər oyun ritmini saxladıq, intizamı qoruduq, inandıq, mübarizə apardıq, xarakter göstərdik və bunun nəticəsi kimi də final fitinə 2 saniyə qalmış bərabərlik qolunu vurduq. Xüsusilə ikinci hissədə daha çox qol epizodu yaratdıq. Təəssüf ki, epizodları dəyərləndirə bilmədik. Halbuki qələbə layiq idik. Məncə, başlanğıc üçün 1 xal da pis nəticə deyil".

Futzalçı qarşıya qoyulan məqsədlərdən də danışıb:

"Hazırda milli yenidən formalaşdırılır. Buna baxmayaraq, qarşımıza mümkün qədər çox xal toplamaq və üst sıralarda qərarlaşmaq tapşırığı qoyulub. Baş məşqçimiz Vitali Borisov da nələrə diqqət etməli olduğumuzu hər zaman başa salır. Ümid edirəm ki, yekunda istəyimizə çatacağıq".

Qeyd edək ki, ötən gün Bakı İdman Sarayında baş tutan Azərbaycan - İsveç görüşü 3:3 hesabı ilə yekunlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Oxşar xəbərlər