top
Azərbaycan futzal millisinin sabiq üzvü: “İsveç səviyyə baxımından bizə uyğun rəqibdir” Report.az
17 dekabr 2024, 16:44
- ↺ +

Azərbaycan futzal millisinin sabiq üzvü: “İsveç səviyyə baxımından bizə uyğun rəqibdir”

İsveç səviyyə baxımından bizə uyğun rəqibdir.

Bunu "Report"a açıqlamasında Azərbaycanın futzal millisinin keçmiş üzvü Namiq Məmmədkərimov yığmanın AVRO-2026-nın əsas mərhələsində keçirəcəyi İsveçlə matçda şansları dəyərləndirərkən deyib.

44 yaşlı futzalçı 3 xal qazanmağın mümkünlüyünü vurğulayıb:

"İsveç yığması futzalda səviyyə baxımından o qədər də üstün sayılmır. Azərbaycan millisi isə, demək olar ki, yeni qurulub və yerli futzalçılardan ibarətdir. Heyətdə gənc və təcrübəsiz oyunçular var. Bununla belə, meydana qələbə üçün çıxmalıyıq. Səviyyə baxımından bizə uyğundurlar. İnanıram ki, qələbə qazanacağıq. Sadəcə, müdafiədə səliqəli oynamalı, həmçinin bacardığımız qədər tez qol vurmalıyıq ki, rəqib "ayılmasın". Belədə böyükhesablı qələbə də əldə edə bilərik".

O, millinin qrupdan çıxmaq şanslarını dəyərləndirib:

"Qrupdakı digər rəqiblərdən Xorvatiya futzalda hegemonluq edən, öz dəsti-xətti olan yığmadır. Həmişə çətin rəqib olub. Onlara məhz qrup lideri kimi baxıram. Yunanıstan da İsveçlə eyni səviyyədə olan millidir. Qrupda bu komandalar arasında keçirilən oyunu izlədim. Yunanıstan 4:1 hesabı ilə qələbə qazandı. Qrup ikincisi kimi məhz öz yığmamızı görürəm. İkinci yeri tutanlar pley-offda oynayacaq".

Millinin sabiq üzvü heyətlə bağlı düşüncələrini bölüşüb və azarkeşləri dəstəyə səsləyib:

"Qapıçımız Emin Kürdov zədələnib. Yəqin ki, onu Qazaxıstanda legioner həyatı yaşayan Rövşən Hüseynli əvəzləyəcək. O, yaxşı formadadır, komandaya çox faydası dəyəcək. Həmçinin eyni sözləri Fərid Atakişiyev haqqında da söyləyə bilərəm. Sonda azarkeşlərimizdən də dəstək göstərmələrini istəyirəm. Hər birini oyuna baxmağa səsləyirəm. Heyətdə milliləşdirilmiş futzalçılar, legionerlər yoxdur. Komanda yerlilərdən təşkil olunub, baxmayaraq ki, aralarında təcrübəsiz olanlar da var. Pisi də bizimdir, yaxşısı da. Ona görə də dəstəyimizi əsirgəməməliyik".

Qeyd edək ki, Azərbaycan - İsveç matçı bu gün Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Oxşar xəbərlər