top
Azərbaycan Futzal Federasiyasının prezidenti millinin sabiq kapitanının iradlarına münasibət bildirib Report.az
19 dekabr 2024, 15:21
- ↺ +

Azərbaycan Futzal Federasiyasının prezidenti millinin sabiq kapitanının iradlarına münasibət bildirib

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov millinin sabiq kapitanı Rizvan Fərzəliyevin ona laqeyd münasibət göstərilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Qurum rəsmisi bu barədə "Report"a danışıb.

O, 45 yaşlı sabiq oyunçunun xidmətlərinə görə yüksək məbləğdə maaş və bonuslar aldığını qabardıb:

"Rizvan Fərzəliyevin açıqlamasına mübasibət bildirmək istəmirdim, amma bu hal ikinci dəfə yaşandığına görə bunu lazım bildim. Hər bir peşə sahibinin öz öhdəliyi, vəzifə borcu var və buna görə də maaş alır. İdmanda da belədir. Rizvanı "Araz-Naxçıvan" komandasına vaxtilə mən dəvət etmişəm. Elə məsələlər var ki, bu, klubla futzalçı arasında olduğuna görə açıqlamağı lazım bilmirəm. Millinin və "Araz-Naxçıvan"ın keçmiş baş məşqçisi Joze Alesio Da Silva ilə bağlı narazılığını dilə gətirib. Halbuki Rizvanın həm millinin, həm də "Araz-Naxçıvan"ın aparıcı üzvü olmasına birbaşa səbəbkar məhz Alesiodur. Onun rəhbərliyi altında, eləcə də "milliləşdirilmiş" braziliyalı futzalçıların əhatəsində istər Rizvan, istərsə də digər yerli oyunçular inkişaf etdilər, peşəkarlıqlarını artırdılar, xidmətlərinə görə yüksək məbləğdə maaş və bonuslar aldılar. Bu gün tənqid etdiyimiz həmin braziliyalılar Rizvan və digər yerli oyunçuların inkişafına da təkan verdilər. Bəli, qazanılan nəticələrdə həmin vaxt meydanda olan istər yerli, istərsə də "milliləşdirilmiş" futzalçıların xidməti böyükdür, danılmazdır. Bunu yaddan çıxarmaq olmaz. Rizvan nəyin halallığını vermir, anlaya bilmirəm. Yenə deyirəm, zamanında ən yüksək maaş və bonuslar alıb. Biz ona halallıq veririk, xidmətlərinə görə təşəkkür edirik. Heç kim Fərzəliyevin fəaliyyətini danmır".

O, vaxtilə R.Fərzəliyevə U-19-un baş məşqçisi olmağı təklif etdiklərini söyləyib:

"2022-ci ildə Niderlandda keçirilən Avropa çempionatının final mərhələsindən sonra Rizvan futzalçı kimi milli karyerasını başa vurduğunu bildirdi. Bunu nəzərə alıb federasiya rəhbəri kimi ona 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi olmağı təklif etdim. Bu komanda da mütəmadi olaraq Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edir. Həmin vaxt Rizvan bu təklifdən imtina etdi. Səbəbini bilmədim, özü də açıqlamadı. İndi minifutbolda məşqçi kimi çalışır. Ona uğurlar arzulayıram. İnsan keçmişini yaddan çıxarmaz və heç kimdən də inciməz. İnciyən əvvəlcə öz əməllərini təhlil etməlidir. Rizvan hörmət etdiyim futzalçılardandır, sözü varsa, federasiyanın qapısı üzünə açıqdır, gəlsin. Necə ki, illərdir şəxsi və komanda ilə bağlı sözü, problemi olanda gəlib dərdini mənimlə bölüşürdü, yenə də elə edə bilər".

Z.Axundov veteran futzalçıları hər zaman diqqətdə saxladıqlarını söyləyib:

"Onu Polşa ilə oyuna dəvət etmədiyimiz üçün inciyib. Millinin heyətini baş məşqçi müəyyənləşdirir. Həm də o, karyerasını başa vurmuşdu. Ona millidəki çıxışına görə təşəkkürümüzü çatdırmaq, həmçinin xatirə hədiyyəsi təqdim etmək üçün dünya çempionatının seçmə mərhələsində Yunanıstanla keçirdiyimiz oyuna çağırdıq. Lakin Rizvan gəlmədi. Həmin vaxt dəvət etdiyimiz digər veteran futzalçımız Vitali Borisov gəldi və hədiyyəsini aldı. Veteran futzalçıları hər zaman diqqətdə saxlayırıq. Mümkün olduqca onları işlə təmin edir, problemlərini gücümüz çatan qədər həll etməyə çalışırıq. Bu gün veteran futzalçılardan Vitali Borisov əsas millinin, İlqar Aslanov isə U-19-un baş məşqçisidir. Uzun illər milli komandanın formasını geyinmiş Ağatahir Əzimov isə seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərir".

Qeyd edək ki, R.Fərzəliyev "Report"a açıqlamasında Futzal Federasiyasının rəhbərliyinin ona laqeyd münasibət göstərməsinə görə incidiyini bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Oxşar xəbərlər