top
Azərbaycan futbolunda pul qalmaqalı: Santuşun istefası və AFFA-nın günahı Idman.biz
06 sentyabr 2025, 21:31
- ↺ +

Azərbaycan futbolunda pul qalmaqalı: Santuşun istefası və AFFA-nın günahı

Azərbaycan millisinin seçmə oyunlarını sonuncu dəfə 2006-cı ildə, yəni "AVRO-2008"in seçmə mərhələsində stadionda canlı izləmişəm.

Oktyabrın 7-də baş tutan oyunda Azərbaycan yığması səfərdə Portuqaliya millisinə qarşı oyuna çıxdı və şanssız şəkildə 0:3 hesabı ilə məğlub oldu. Dörd gün sonra da səfərdə komanda eyni hesabla Belçika yığması qarşısında boyu əydi. Həmin seçmə mərhələdə səkkiz komanda arasında sonuncu yeri tutaraq cəmi 5 xal topladıq və 9 xal toplayan Ermənistanla aktivinə 10 xal yazan Qazaxıstan yığmalarından geri qaldıq. Kiminsə yadından çıxıbsa, xatırladım ki, biz o vaxt ermənilərlə sadəcə oynamamışdıq, ona görə də biz də, onlar da digərlərindən iki oyun az keçirib.

Məsələnin məğzi Ermənistan deyil.

Söhbət ondan gedir ki, düz 19 ildən sonra yenidən (AFFA-ya dəvət üçün təşəkkürlər) milli komandanın səfər oyununa getdim. Bu dəfə rəqib İslandiya idi. İslandiya yığması indiki vəziyyəti ilə Portuqaliya və Belçika yığmalarından kifayət qədər zəifdir. Amma nəticə eyni oldu – Azərbaycan millisi səfər oyununda meydançadan məğlubiyyətlə ayrıldı. Həm də əvvəlki kimi, yəni ruhsuz şəkildə.

Yox, daha pis.

Çox pis.

19 il ərzində biz nəinki inkişaf gördük, heç stabilliyi də nə görən, nə müşahidə edən olub. Əvəzində stabil geriləmə var. Stabil pisləşmə var. Oyun üslubunda isə deqradasiya ön plandadır.

Azərbaycan millisi cəmi beş cavabsız qol buraxmasını qapıçı Şahruddin Məhəmmədəliyevə borcludur. Tez-tez "Qarabağ"dakı hərəkətlərinə görə tənqid etdiyim qolkiper dünən qapımızı azı iki-üç qoldan qurtardı. Şahruddinsiz hesab lap bərbad ola bilərdi.

Bəli, əslində, hansı hesabla uduzmağınızın, ən azı xal toplamaq baxımından çox da fərqi yoxdur. Amma ən pisi odur ki, oyunun özü yox idi. Baş məşqçi Fernandu Santuş oyundan əvvəl mətbuat konfransında "biz buraya 3 xal üçün gəlmişik" açıqlamasını vermişdi. Maraqlıdır, komanda və məşqçi heyəti bu xalı necə qazanamağı düşünürdü? Rəqibin qonaqpərvərliyinə güvənirdilər? Çünki dünənki oyunda yalnız o cür heç olmasa bir xal qazanmaq olardı.

Nə taktika var idi, nə oyun üslubu.

Nə sürət var idi, nə texnika, nə də istək.

Hər ikinci-üçüncü ötürmədən sonra top rəqibin ayağında olurdu.

Artıq oyuunun ilk 10 dəqiqəsində məlum oldu ki, meydan sahiblərinin qol imkanlarını şansa çevirmək baxımından son dərəcə uğursuz olsalar, Azərbaycan millisinin ümid edə biləcəyi maksimum nəticə qolsuz heç-heçə ola bilər.

Amma belə bir möcüzə baş vermədi. Meydan sahiblərinin əzmkarlığı ilk hissənin sonunda, daha sonra ikinci hissədə öz bəhrəsini verdi - 5:0.

Biabırçı nəticədir, amma ən böyük biabırçılıq nəticənin özü yox, oyunun olmamasıdır.

Ən maraqlısı isə oyundan dərhal sonra başladı.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev final fitindən cəmi 3 dəqiqə sonra jurnalistlərin qarşısına çıxıb dedi ki, Santuş cəsarət və vicdan sərgiləyib istefa verməlidir, əks halda biz özümüz addım atacağıq.

Cəmi 5 dəqiqə sonra keçirdiyi mətbuat konfransında əzgin olsa da kifayət qədər sakit görünən Santuş istefaya getməyəcəyini, lakin AFFA onu işdən çıxarsa, bunu qəbul edəcəyini bildirdi.

Məsələ sadədir – AFFA ilə Assosiasiyanın özünün təyin etdiyi millinin baş məşqçisi arasındakı çəkişmənin bütün mahiyyəti puldadır. Sadə dillə desək, Santos özü istefa vermək istəmir, çünki bu halda o, müqavilədə nəzərdə tutulan təzminatla vidalaşa bilər. AFFA onun öz istəyi ilə getməsini və bu halda müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə ödənilməli olan təzminatdan imtina etməsini istəyir. Amma Santuş açıq şəkildə göstərir ki, heç vaxt könüllü getməyəcək: "Pulumu verin, gedim" – onun hər cavabından bu açıq-aşkar hiss olunurdu.

AFFA əlbəttə ki, pul ödəyəcək. Santuş da millidən gedəcək. Onunla bərabər yararsız köməkçilər də gedəcəklər. Amma ən əsası – milyonlarla vəsait boş yerə sərf ediləcək. Sonra bütün günahları Santuşun üzərinə atacaqlar, yeni məşqçi axtaracaqlar. Yəqin ki, yenə də əcnəbi. Yenə də böyük pullar xərclənəcək.

Santuş günahkardır.

İlk növbədə Azərbaycan millisi ilə bağlı təklif gələndə vicdanla davranıb bu təklifi rədd etmədiyi üçün günahkardır.

Santuşun günahı ondadır ki, AFFA funksionerlərinə sehrbaz olmadığını və azərbaycanlı futbolçulardan fərqli səviyyəli oyunçular formalaşdırmaq iqtidarında olmadığını izah etməyib. Oyunçuların hazırlığı və milli futbolun təməli yoxdur. Onun hər oyundan əvvəl bunun üçün çox az vaxtı var və bu, onun işi deyil.

O, şübhəsiz ki, 70 yaşında Azərbaycana gəlib, qocalığını təmin etmək üçün açıq-aşkar pul qazanmaqda günahkardır.

Amma günah yalnız onda deyil. Onu bu vəzifəyə təyin edənlər var axı. Santuş özü-özünə milliyə baş məşqçi təyin edilməyib. Bu qərarı AFFA-nın funksionerləri veriblər axı. Onlar başa düşmədilər ki, bugünkü vəziyyətdə millini əcnəbi məşqçi ilə diriltmək mümkün deyil. Bu pullara ölkənin hər tərəfində onlarla uşaq futbol meydançası salmaq olardı. Bəs buna görə kim cavab verəcək? Ümumiyyətlə, cavab verəcəkmi?

On illərdir ki, Azərbaycan futbolu xalq tərəfindən ümidlə dəstəklənir. Dövlət hər il kifayət qədər vəsait ayırır. Futbolçular oyuna çarter reysi ilə uçur, öz aşpazlarını aparır, ən yaxşı otellərdə qalır və heç bir əziyyət çəkmirlər. Azarkeşlər isə stadionları doldurur, bəziləri uzaq səfərlərə belə gedir. Amma qarşılıq hanı?

Bu ölkədə futbola olan sevgi və maraq braziliyalılar və italyanlarla müqayisə olunacaq qədər böyük olduğu halda, nə vaxta qədər bəzi adamlar yalnız inkişaf görüntüsü yaradacaq, amma nəticə olmayacaq?...

Həmid Həmidov

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Bu gün, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Bu gün, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Bu gün, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Bu gün, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
Dünən, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
Dünən, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Güləş
Dünən, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
Dünən, 21:26

Azərbaycan qadın milli komandası Antalyaspor ilə dostluq matçı keçirəcək

Futbol
Dünən, 19:28

AFFA meneceri Kifayət Mustafayeva UEFA təyinatını aldı, Avropa zonası qadınlar çempionatı pley-off oyununda nümayəndə olacaq

Futbol
Dünən, 16:40

Azərbaycan millisi FİFA reytinqində bir pillə gerilədi

Futbol
Dünən, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Qarabağ FK
Dünən, 16:11

“Qarabağ” “Fənərbağça”nın sabiq müdafiəçisini transfer etmək istəyib, lakin maaş şərtlərində razılığa gələ bilmədi

Cüdo
Dünən, 16:04

Hidayət Heydərov: Dünya cüdo çempionatının 1/8 finalında uduzmaq ağırdır

Futbol
Dünən, 15:29

Ağadadaş Salyanski U-21 millisinin yeni rekordunu bildirdi

Cüdo
Dünən, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
Dünən, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
Dünən, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
Dünən, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
Dünən, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
Dünən, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Futbol
Dünən, 09:45

Neftçi futbolçusu Messi üçün hədiyyə təqdim etdi, vida matçında ona qarşı qayda pozuntusu etdi

Futbol
Dünən, 07:04

İngiltərə millisi Çexiyanı 3-0 məğlub etdi: “Yenə əla oyun nümayiş etdirdik”

Futbol
Dünən, 06:16

Lionel Messi 71-ci dəqiqədə penaltı qol və iki məhsuldar ötürməylə yadda qaldı

Oxşar xəbərlər