top
Azərbaycan futbolunda ilk Rusiya dueli - “B&B” İdman.biz
03 dekabr 2024, 09:45
- ↺ +

Azərbaycan futbolunda ilk Rusiya dueli - “B&B”

Bu gün start götürəcək Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk günü rusiyalı məşqçilərin dueli ilə əlamətdar olacaq.

İdman.biz xəbər verir ki, Kurban Berdıyevin çalışdırdığı "Turan Tovuz" Vasili Berezutskili "Sabah"ı qəbul edəcək.

Rusiyada dəfələrlə üz-üzə gələn mütəxəssislər fərqli amplualarda rəqib olublar. Berdıyevin baş məşqçi kimi çalışdığı illərdə Berezutski futbolçu kimi ona qarşı olub.

Baş məşqçi karyerasına məhz "Sabah"da başlayan gənc mütəxəssis 2-ci dəfə komandasına texniki zonadan rəhbərlik edəcək. Bu, onun təkcə Azərbaycan kuboku deyil, ümumiyyətlə kubok yarışlarında baş məşqçi kimi debütüdür. Berdıyev isə "Hypers Guba" üzərindəki 7:2 hesablı qələbə ilə Azərbaycanda da kubok həyəcanı və qələbəsi görüb.

Tovuzda baş tutacaq rusiyalıların "B&B" derbisi Azərbaycan futbolu tarixinə də düşəcək. Bu, Premyer Liqamızda çalışan rusiyalı baş məşqçilərin ilk duelidir.

Düzdür, çempionatımızın yüksək liqasında əvvəllər də rusiyalılar çalışıb. Lakin onlar fərqli illərdə işlədiyi üçün nə çempionatda, nə də kubokda üz-üzə gəliblər. Cığıraçan olan Sergey Yuran "Simurq"da 2011-ci ildə fəaliyyət göstərib. "Qəbələ"nin Yuri Syominli dövrü 2013-14-cü illərə təsadüf edib. Murad Musayev isə 2021-24-cü illərdə "Sabah"ın uğurları üçün çalışıb.

Bu ilin yayında Tovuz klubuna gələn Berdıyev həmyerlilərindən heç biri ilə rəqib ola bilməyib. Təyinatı ötən həftə gerçəkləşən Berezutski isə artıq ikinci sınağında belə duelə çıxacaq.

Qeyd edək ki, "Turan Tovuz" – "Sabah" matçı saat 18:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:55

Superliqada liderlik dueli: Qalatasaray‑Amed və Fənərbağçanın yeni dövrü

Futbol
Bu gün, 17:42

Bernardu Silva Portuqaliya millisində Ronaldunun əvəzinə yeni kapitan olacaq

Qarabağ FK
Bu gün, 17:35

“Xankəndi” baş məşqçisi: “Bir xal qazanmadıq, iki xal itirdik”

Futbol
Bu gün, 17:28

Premyer Liqa: Manchester United aşağı düşmə riskində, liderlik mübarizəsi davam edir

Digər
Bu gün, 17:23

Elmira Aslanovanın rəhbərlüyündəki Azərbaycan qadın alpinistləri Everest baza düşərgəsinə uğurla çatdı

Digər
Bu gün, 17:20

Minifutbol üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Elşad Quliyevə 50 yaşı münasibətilə AMF-dən xatirə hədiyyəsi təqdim edildi

Formula 1
Bu gün, 17:16

Mercedes sürücüsü Corc Rassell motorun dəyişdirilməsi üçün 5 mövqeli cərimə aldı

Futbol
Bu gün, 17:15

Sergen Yalçın Türkiyə milli yığmasının 26 oyunçusunu seçdi

Gimnastika
Bu gün, 17:07

Azərbaycanın tamblinq yığması üçüncü dəfə dünya çempionu oldu

Gimnastika
Bu gün, 17:00

Azərbaycanın tamblinq millisi Çində keçirilən dünya çempionatında ardıcıl üçüncü qızılı qazanıb

Futbol
Bu gün, 17:00

"Xankəndi"nin futbolçusu Bəhruz Teymurov ikinci dəfə "Ayın qolu" seçildi

Futbol
Bu gün, 16:59

AFFA nümayəndələri Prqa UEFA Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı konfransında iştirak ediblər

Olimpiada
Bu gün, 16:44

Anar Bağırov: Dakardakı Yeniyetmələrin Olimpiya Oyunlarında idmançılarımız istiliyə və nəqliyyat çətinliklərinə baxmayaraq cüdoçu İbrahim Talıbovun qazandığı qızıl medal ilə fəxri kürsüyə çıxıb

Qarabağ FK
Bu gün, 16:42

İmişli futbol klubunun U-19 komandasına qatılan 6 afrikalı futbolçudan dördü ilə müqavilə bağlanılıb

Futbol
Bu gün, 16:35

AFFA, Almaniya və ABŞ-da futbolçuları izləyir

Futbol
Bu gün, 16:20

Emin Mahmudov: Milli forma karyeramı sonlandırdım

Futbol
Bu gün, 16:14

Cud və Cob Bellinqem qardaşları ilk dəfə İngiltərə millisinin heyətində birgə yer alırlar

Qarabağ FK
Bu gün, 16:01

“Qarabağ”dan İDMAN.BİZ-ə AÇIQLAMA: Yankoviç və Silvanın cəzalandırılması haqqında məlumatlar həqiqəti əks etdirmir

Futbol
Bu gün, 16:00

Neftçi – Kəpəz qarşılaşmasının statistik təhlili: 66 görüş, 33‑də Bakı üstünlüyü, 111:66 qol fərqi

Futbol
Bu gün, 15:52

Gəncəbasar klubuna Namik Qədirov yeni prezident təyin edildi

Futbol
Bu gün, 15:46

Asif Məmmədov: “Bu qələbəni bütün Azərbaycan qazandı. Şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq”

Futbol
Bu gün, 15:40

Didye Deşam "Mançester Yunayted"in baş məşqçisi olmaq təklifini rədd etdi

Tennis
Bu gün, 15:31

WTA-nın İlin Yekun Turnirinin mükafat fondu 35,5 faiz azalaraq 10 milyon dollar oldu

Voleybol
Bu gün, 15:29

"Fənərbaxça"nın voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın futbolçusu İsmayıl Yakobsun məşhur gecə klubunda görünməsi iddiası diqqət çəkib

Oxşar xəbərlər