top
Azərbaycan futbolçuları Çempionlar Liqasında İdman.biz
18 sentyabr 2024, 17:01
- ↺ +

Azərbaycan futbolçuları Çempionlar Liqasında

Dünən start götürən UEFA Çempionlar Liqasında bütün dövrlər ərzində ən çox oyun keçirən futbolçu Kriştianu Ronaldudur. Portuqaliyalı Avropanın ən mötəbər klub turnirində 183 dəfə meydana çıxıb.

Maraqlıdır ki, Kriştianu Ronaldu ötən mövsüm özünü Asiya Çempionlar Liqasında da sınayıb: "Əl-Nəssr"in futbolçusu bu yarışda 8 matçda (6 qol) çıxış edib.
Artıq karyerasını bitirmiş ispaniyalı İker Kasilyas UEFA Çempionlar Liqasında 177, argentinalı Lionel Messi isə 163 oyun keçirib. Messinin ötən mövsüm CONCACAf Çempionlar Liqasında iştirak etdiyini (3 oyun, 2 qol) də xatırladaq.

Bəs Azərbaycan futbolçularından kimlər UEFA Çempionlar Liqasında oynayıblar?

Hazırda ölkəmiz nüfuzlu yarışda təmsil olunmasa da, 2017/18 mövsümündə "Qarabağ" burada mübarizə aparıb. Məhz həmin uğurun sayəsində Azərbaycan millisinin bəzi futbolçuları Çempionlar Liqası təcrübəsi qazanıblar. Onlardan Qara Qarayev, Maksim Medvedev və milliləşdirilmiş Riçard Almeyda "Qarabağ"ın o vaxt keçirdiyi 6 oyunun hamısında forma geyiniblər.

Mahir Emrelinin hesabında da Çempionlar Liqasında 6 matç var. Amma "Qarabağ"la 5 oyuna çıxan hücumçu 2022-ci ildə Zaqreb "Dinamo"sunun heyətində "Çelsi" ilə qarşıaşmanın ikinci hissəsində də forma geyinib.

Rəşad Sadıqov həmin 2017/18 mövsümündə 5 qarşılaşmada meydanda olub və bir qırmızı vərəqə alıb. Bədavi Hüseynov və yenicə "Qəbələ"yə keçən Elvin Yunuszadə hərəyə 3 oyun keçiriblər.

1997-1999-cu illərdə Azərbaycan millisində çıxış etmiş yarımmüdafiəçi Narvik Sirxayevin də Çempionlar Liqasında 3 oyunu var: o, 2002-2003-cü illərdə Moskva "Lokomotiv"inin heyətində "Brügge", "Milan" və Madrid "Real"ına qarşı mübarizə aparıb.

Yenə qayıdaq "Qarabağ"a: Ramil Şeydayev, Əfran İsmayılov və Çoşqun Diniyev hərəyə 2, Ağabala Ramazanov isə 1 qarşılaşmada forma geyiniblər.

Milliləşdirilmiş Filip Ozobiç də 2010-cu ildə Moskva "Spartak"ının heyətində Çempionlar Liqasında 1 oyun keçirib.

Rasim Mövsümzadə
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Futbol
Bu gün, 09:31

Barselona Bavariya müdafiəçisini transfer etməyə çalışır, amma nəticəsiz qalır

Futbol
Bu gün, 09:20

Lion U-17 futbolçuları silahla hücum edildi

Güləş
Bu gün, 09:16

Çimərlik Güləşində Azərbaycan Komandası 3 Qızıl, 1 Gümüş Medal Qazanaraq Unikal Uğur Qazanır

Güləş
Bu gün, 09:01

Dakar 2026 Yay Olimpiya Oyunlarından çimərlik güləşçilərimiz qızıl və gümüş medallar ilə Vətənə qayıtdı - FOTO

Basketbol
Bu gün, 09:00

FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda "Trabzonspor"a qarşı oynayacaq

Futbol
Bu gün, 08:40

Antuan Arno klubun yeni prezidenti seçildi

Futbol
Bu gün, 08:21

Flik: Barselona Məşq Bazasında Yeni Trenajor Zalı Yığılır

Oxşar xəbərlər