Azərbaycanın futbol hakimlərinin yayda təlim-məşq toplanışı olacaq.
İdman.biz "Report"a istinadən xəbər verir ki, ədalət təmsilçiləri 2025/2026 mövsümünə Bakıda hazırlaşacaqlar.
Toplanışın iyulun ikinci yarısında start götürəcəyi planlaşdırılır. Referilərin bir neçə yoxlama oyunu idarə edəcəyi də gözlənilir.
Qeyd edək ki, Azərbaycan hakimləri qışda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olublar.
İdman.biz