top
Azərbaycan – Fransa: 15-ci dueldə kim sevinəcək? – ARAŞDIRMA İdman.biz
27 noyabr 2024, 14:46
- ↺ +

Azərbaycan – Fransa: 15-ci dueldə kim sevinəcək? – ARAŞDIRMA

Bu həftə Avropa Liqasında növbəti oyunlar keçiriləcək.

İdman.biz xəbər verir ki, Liqa mərhələsində mübarizə aparan "Qarabağ" da V turun matçına çıxacaq.

Azərbaycan çempionu evdə Fransa təmsilçisi "Lion"la görüşəcək. Bu, iki ölkə komandaları arasında 15-ci avrokubok görüşü olacaq.

"Qarabağ"la 10, Azərbaycan 14

İndiyədək Azərbaycan və Fransa klublarının yolları 7 dəfə kəsişib. Bu duellər çərçivəsindəkki 14 qarşılaşmada təmsilçilərimiz 2 qələbə qazanıblar. Fransa komandalarının hesabında 8 qalibiyyət var. Digər 4 görüşdə qalib müəyyənləşməyib. 10 qol vuran komandalarımız 24 qola üzülüblər.

Bu 14 oyundan 10-u "Qarabağ"ın iştirakı ilə baş tutub. Bir qələbə və 3 heç-heçəsi olan çempionumuz 6 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısına 7 qol vuran futbolçularımız 20 top buraxıblar.

"Peraşki" dövründən ilk xala qədər

Azərbaycan və Fransa klubları arasında ilk qarşılaşma 25 il əvvələ təsadüf edib. İntertoto kubokunda mərhələ adlamaqla buna nail olan ilk təmsilçimiz kimi düşən "Qarabağ" ikinci raundda "Monpelye" ilə üz-üzə gəlib. Futbolumuzun "peraşki" dövründə "Böyük beşlik" təmsilçisinə müqavimət göstərmək də mümkün olmayıb. Hər iki görüşdə rəqib böyük hesabla qalib gəlib.

Növbəti dueli 15 il gözləmək lazım gəlib. Tarixində ilk dəfə Avropa Liqasının qrupuna düşən Ağdam klubu "Sent Etyenn"lə eyni "dördlük"də mübarizə aparıb. Liqa1 təmsilçisi ilə başabaş mübarizə aparan çempionumuz hər iki görüşdən bir xalla ayrılıb.

Növbəti mövsüm yenidən Avropa Liqasının qrupuna yüksələn Qurbanovun komandası yenə Liqa1 təmsilçisi ilə rəqib olub. Avropada Fransanı təmsil edən "Monako"ya səfərdə uduzan "Qarabağ" Bakıda "Knyazlıq klubu"ndan xal qoparıb. Bununla da təmsilçimiz fransalılarla ardıcıl iki mövsümdə 3 heç-heçə edib.

Bir mövsümdə iki dəfə

2016/17 mövsümü Azərbaycan və Fransa klublarının yollarının iki dəfə kəsişməsi ilə əlamətdar olub. Hər iki duelə "Qəbələ" çıxıb. Roman Qriqorçukun komandası öncə III təsnifat mərhələsində, sonra qrupda fransalılarla görüşüb.

Avropa Liqasında "Lill"i mübarizədən kənarlaşdıran "Qəbələ" ilk qələbənin müəllifi olub. "Qırmızı-qaralar" qrupda "Sent Etyenn"lə görüşüb. Təmsilçimiz rəqibindən xal ala bilməyib.

Məhsuldar oyunlar və darmadağın

Növbəti iki duel yenidən "Qarabağ"ın hesabına yazılıb. Qurbanovun yetirmələri 2021/22 mövsümündə Konfrans Liqasından çıxdıqdan sonra "Marsel"ə rəqib olub. Adlı-sanlı rəqib pley-offun hər iki görüşündə qalib gəlib.

2022-ci ilin payızında isə Avropa Liqasının qrupundakı rəqib "Nant" olub. Bu dəfə də görüşlər məhsuldarlığı ilə seçilib. Son dörd görüşün heç birində 3-dən az qol vurulmayıb. Fransa təmsilçisi ilə Bakıdakı son görüş darmadağınla nəticələnib. "Qarabağ" rəqibini üç cavabsız qolla məğlub edib. Bu, klub tarixinə ilk, Azərbaycan futbolu tarixinə fransalılar üzərində 2-ci qələbə kimi düşüb.

Bu, həm də klublarımızın bu ölkədən olan rəqiblər üzərində yeganə böyükhesablı qələbəsidir. Maraqlıdır ki, fransalıların Bakıya ilk və son səfərləri eyni hesabla başa çatıb. 25 il əvvəl sevinən "Monpelye" olubsa, 2022-ci ildə "Qarabağ" sevinib.

1999/2000 mövsümü, İntertoto kuboku, 2-ci mərhələ
"Qarabağ" – "Monpelye" – 0:3, 0:6
2014/15 mövsümü, Avropa Liqası, qrup mərhələsi
"Qarabağ" – "Sent Etyenn" – 0:0, 1:1
2015/16 mövsümü, Avropa Liqası, qrup mərhələsi
"Monako" – "Qarabağ" – 1:0, 1:1
2016/17 mövsümü, Avropa Liqası, III təsnifat mərhələsi
"Lill" – "Qəbələ" – 1:1, 0:1
Qrup mərhələsi
"Sent Etyenn" – "Qəbələ" – 1:0, 2:1
2021/22 mövsümü, Konfrans Liqası, pley-off mərhələsi
"Marsel" – "Qarabağ" – 3:1, 3:0
2022/23 mövsümü, Avropa Liqası, qrup mərhələsi
"Qarabağ" – "Nant" – 3:0, 1:2

Qeyd edək ki, "Qarabağ" – "Lion" oyunu noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Voleybol
Bu gün, 17:25

Murov Az Terminal qadın voleybol komandası UNEC-i 3-1 hesabıyla məğlub etdi

Futbol
Bu gün, 16:59

Roma, Çelsi'dən Jamie Gittens'i icarəyə götürməyə yönəldir

Futbol
Bu gün, 16:59

Milan futbolçusu Dieqo Moreyra Ronaldu nümunə hesab edir

Oxşar xəbərlər