Bu gün Misli Premyer Liqasında XV tura yekun vurulacaq.
İdman.biz xəbər verir ki, son oyun günündə bir matç baş tutacaq.
"Neftçi" və "Qarabağ" növbəti Azərbaycan derbisinə çıxacaq. Qarşılaşma "Neftçi Arena"da baş tutacaq.
Altı oyundur qol buraxmayan Qurban Qurbanovun komandası ardıcıl üçüncü qələbə ilə liderliyə qayıtmağa çalışacaq. Samir Abasovun yetirmələri isə ilk dövrədəki darmadağının revanşını arzusundadır.
Qeyd edək ki, növbəti turun matçları dekabrın 7-9-da keçiriləcək.
Misli Premyer Liqası
XV tur
1 dekabr (bazar)
19:00. "Neftçi" – "Qarabağ"
Baş hakim: Əliyar Ağayev
"Neftçi Arena"
| 1 | Araz-Naxçıvan | 15 | 11 | 3 | 1 | 19-10 | 36 |
| 2 | Qarabağ | 13 | 11 | 1 | 1 | 35-6 | 34 |
| 3 | Turan Tovuz | 15 | 7 | 6 | 2 | 20-12 | 27 |
| 4 | Zirə | 15 | 7 | 2 | 6 | 23-16 | 23 |
| 5 | Sabah | 15 | 5 | 7 | 3 | 24-20 | 22 |
| 6 | Sumqayıt | 15 | 5 | 1 | 9 | 13-21 | 16 |
| 7 | Şamaxı | 14 | 3 | 4 | 7 | 11-18 | 13 |
| 8 | Neftçi | 14 | 2 | 7 | 5 | 13-20 | 13 |
| 9 | Kəpəz | 15 | 3 | 1 | 11 | 11-35 | 10 |
| 10 | Səbail | 15 | 2 | 2 | 11 | 16-27 | 8 |
Bombardirlər: Felipe Santos ("Araz Naxçıvan") - 8 qol, Coy Lens Mikels - 7, Cesse Sekidika, (hər ikisi "Sabah") - 6 qol.
İdman.biz