top
Azərbaycan çimərlik futbolu millisinin Avropa Superfinalında əsas məqsədi A divizionuna vəsiqə qazanmaqdır Report.az
Bu gün, 18:04
- +

Azərbaycan çimərlik futbolu millisinin Avropa Superfinalında əsas məqsədi A divizionuna vəsiqə qazanmaqdır

Azərbaycanın çimərlik futbolu millisinin Avropa Superfinalında əsas məqsədi A divizionuna vəsiqə qazanmaq olacaq.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Sahib Məmmədov deyib.

Mütəxəssis B divizionunda püşkatmanın nəticələrini də dəyərləndirib:

"Belçika və Litva milliləri ilə eyni qrupa düşmüşük. Digər qrupda isə Qazaxıstan, Rumıniya, Malta olacaq. Daha əvvəl İspaniyada keçirilən Avropa çempionatının I seçmə mərhələsində Belçika yığmasını böyük hesabla məğlub etmişdik. Amma Litvaya uduzmuşduq. Deyərdim ki, normal qrupdur. Ümid edirəm ki, maksimum nəticə ilə qrup birincisi, ən pis halda ikinci yerin sahibi kimi yarımfinala vəsiqə qazanacağıq. Yarımfinalda da digər qrupun ya birincisi, ya da ikincisi ilə qarşılşacağıq. Məqsədimiz A divizionuna vəsiqə qazanmaqdır. Eyni zamanda, hədəfimiz finalda qələbə qazanıb B divizionunun çempionu olmaqdır".

S.Məmmədov komandada ciddi dəyişiklik edilmədiyini deyib:

"Əlimizdən gələni edəcəyik. Demək olar ki, İspaniyada oynadığımız heyətlə İtaliyaya gedəcəyik. İnanıram ki, komanda həm A divizionuna yüksələcək, həm də Azərbaycana B divizionunun çempionu kimi qayıdacaq".

Qeyd edək ki, Azərbaycan millisi B divizionunda Litva və Belçika komandaları ilə mübarizə aparacaq. Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:06

"Qəbələ" Salihu Nasiru ilə 3 illik müqavilə imzalayıb

Futbol
Bu gün, 19:02

Leroy Mikels "Zirə" ilə müqavilə bağladı

Futbol
Bu gün, 19:00

Ceyms Makati "Nottingem Forest"ə keçir

Futbol
Bu gün, 18:59

"Qəbələ" Salihu Nasiru ilə müqavilə imzaladı

Minifutbol
Bu gün, 18:50

Çimərlik futbolu millisinin məqsədi A divizionuna vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 18:30

Mikels qardaşları Azərbaycanda: Coy Slayd "Karvan-Yevlax"da

Cüdo
Bu gün, 18:29

BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı rəsmi açılışını etdi

Futbol
Bu gün, 18:28

"Barselona" Coan Qamper Kubokunda "Komo"nu məğlub edərək 47-ci dəfə kuboku qazandı

Futbol
Bu gün, 18:10

Cavid Hüseynov "Qarabağ", "Sabah" və "Araz-Naxçıvan"ın Avrokubok şanslarını dəyərləndirib

Futbol
Bu gün, 18:05

Qurban Qurbanov "Şkendiya" matçı öncəsi fikirlərini bölüşüb

Futbol
Bu gün, 18:00

"Neftçi"nin dəyişməyən sərvəti: Azarkeşləri

Şahmat
Bu gün, 17:58

Teymur Şahmatı: Qaydalar, Fiqurlar və Mədəni İrsi

Güləş
Bu gün, 17:52

U-20 Dünya Çempionatında Azərbaycan Güləşçilərinin Heyəti Açıqlanıb

Güləş
Bu gün, 17:47

U-20 dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər müəyyənləşib

Futbol
Bu gün, 17:37

Qurban Qurbanov "Şkendiya"nı iddialı və döyüşkən komanda adlandırıb

Futbol
Bu gün, 17:33

Qurban Qurbanov "Şkendiya" oyunu öncəsi: "Hər iki komanda qalib gəlməyə layiqdir"

Futbol
Bu gün, 17:28

"Karvan-Yevlax" Almaniyalı Hücumçu Coy Slayd Mikelslə Müqavilə İmzaladı

Minifutbol
Bu gün, 17:20

Azərbaycanın çimərlik futbolu millisinin Avropa Superfinalındakı rəqibləri və qrupu müəyyənləşib

Futbol
Bu gün, 17:20

Pyero Ausilio Simone İnzaqinin rəhbərlik etdiyi "Əl-Hilal"da işləməkdən imtina edib

Futbol
Bu gün, 17:14

Qax rayon stadionunun baxımsız vəziyyəti narahatlıq yaradır – VİDEO

Futbol
Bu gün, 17:00

"Səbail" Rəşad Əzizlini yenidən heyətinə qatıb

Futbol
Bu gün, 16:59

Cavid Hüseynov "Şəfa" klubuna baş məşqçi təyin olunur

Futbol
Bu gün, 16:55

"Bavariya" Kinqsli Komanı "Əl-Nəsr"ə 30 milyon avroya satır

Oxşar xəbərlər