Çimərlik futbolu üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatındakı rəqibləri bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Çimərlik Futbolu Federasiyası məlumat yayıb.
Komanda B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya ilə üz-üzə gələcək.
Xatırladaq ki, turnir iyulun 15-17-si aralığında baş tutacaq.