top
Azərbaycan çempionu olmuş serb Stankoviç: İliç Sumqayıtdan təklif alan kimi mənə zəng etdi Idman.biz
11 iyul 2025, 17:23
- ↺ +

Azərbaycan çempionu olmuş serb Stankoviç: İliç "Sumqayıt"dan təklif alan kimi mənə zəng etdi

"Saşa İliçi çox yaxşı tanıyıram. O, mənim dostumdur".

İdman.biz xəbər verir ki, bunu Futbolxeber.az-a açıqlamasında serbiyalı müdafiəçi Vojislav Stankoviç deyib.

Uzun illər Azərbaycanda çıxış etmiş təcrübəli müdafiəçi həmyerlisinin "Sumqayıt"ın baş məşqçisi təyin olunmasına münasibət bildirib: "Uzun illər "Partizan"da İliçlə birgə oynamışıq. İndi o, məşqçi kimi fəaliyyətini "Sumqayıt"da davam etdirəcək. Bu klubdan təklif alan kimi mənə zəng vurdu. Danışdıq, mən ona dedim ki, "Sumqayıt" yaxşı klubdur. Hər zaman yaxşı nəticələrə can atır, baxımlı futbol sərgiləyir. Təklifi dəyərləndirsə, əla olar".

Stankoviç vurğulayıb ki, İliç istədiyi heyəti formalaşdırsa, "Sumqayıt" yüksək yerlər uğrunda mübarizə apara bilər: "İliç gənc, perspektivli məşqçidir. Söylədim ki, təklifi dəyərləndirsə, yaxşı olar. Yekunda o da "Sumqayıt"a yollandı. Ümid edirəm ki, orada fəaliyyəti uğurlu alınacaq. Düzdür, şərtlərlə yaxından tanış deyiləm. Amma inanıram ki, İliç "Sumqayıt"da uğur qazanacaq. O, baxımlı futbolu sevir. Rəhbərlik etdiyi komandalar adətən topa daha çox nəzarət edir, çoxlu ötürmələrə üstünlük verir. İstədiyi futbolçuları heyətə cəlb etsə, yaxşı, döyüşkən kollektiv quracaq və yüksək yerlər uğrunda mübarizə aparacaq".

Qeyd edək ki, Vojislav Stankoviç 2015-2023-cü illər aralığında Azərbaycanda forma geyib. "İnter"lə (indiki "Şamaxı") birgə ölkə çempionatının gümüş medalını qazanıb. Daha sonra üz tutduğu "Qəbələ"də iki dəfə ikinci, bir dəfə isə üçüncü yerin sahibi olub, Avroliqanın qrupunda oynayıb. Stankoviç "Neftçi" ilə birgə isə Azərbaycan çempionu olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 12:12

Azərbaycanın U-20 voleybolçu qızları EEVZA çempionatında beşinci yeri tutdular

Futbol
Bu gün, 12:12

Böyük klublar futbolçulara niyə tərlik geyinməyi qadağan edir?

Qarabağ FK
Bu gün, 12:00

IX tur: Zirvədə sükut, “Neftçi” xal itirdi, “Kəpəz” və “İmişli” qazandı

Digər
Bu gün, 11:57

"Kür" heyətinin baş məşqçisi Fuad Yanqildin: "Çair" qarşısında qələbə qazanmaq istəyirik

Futbol
Bu gün, 11:50

“Turan Tovuz” Misli Premyer Liqasında 150-ci oyununu keçirdi

Formula 1
Bu gün, 11:42

Lyuis Hemilton, ABŞ Qran-prisindən sonra Ferrari'nin sürətini qiymətləndirib

Futbol
Bu gün, 11:40

Xviça Kvaratsxeliya Qətərdə Sağ Dizindəki Zədələnmə Üçün Operasiya Alacaq

Futbol
Bu gün, 11:12

Napoli futbolçusunun evində oğurluq hadisəsi

Futbol
Bu gün, 11:11

Sabah 9 oyunda yalnız 1 qol qəbul edərək Azərbaycan çempionatlarının tarixi rekordunu təkrarlayıb

Futbol
Bu gün, 11:08

İmişli 10-cu qələbəsini Şamaxı qarşısında qazanıb

Futbol
Bu gün, 11:06

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsi oyunlarının təyinatları məlum oldu

Qarabağ FK
Bu gün, 11:01

Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu oyunçu kimi tarixə düşdü.

Qarabağ FK
Bu gün, 11:00

Qarabağ futbolçusundan açıqlama: “Titul üçün mübarizə üç komanda arasında olacaq”

Digər
Bu gün, 10:57

Avropa Muay Thai Çempionatında 4 Medal Qazanıldı

Futbol
Bu gün, 10:44

Doruxan Toköz və Helin Kandemir Yenidən Birlikdə; "Kandırdım" Mahnısı Sosial Şəbəkələrdə Diqqət Çəkdi

Futbol
Bu gün, 10:42

Robert Levandovski 16 illik qol quraqlığı ilə Polşadan sərt tənqid alır

Futbol
Bu gün, 10:40

Gecə Qızıl Topun Qalibi Açıq Olacaq: Ən Gözlənilən Namizədlər

Qarabağ FK
Bu gün, 10:20

Premyer Liqada IX tur 11 340 azarkeşlə izlənildi

Futbol
Bu gün, 10:00

Baku Sportinq yeni baş məşqçisi Bəxtiyar Soltanov təyin edildi

Futbol
Bu gün, 09:58

2026-cı il Qızıl Top mükafatının təqdimat mərasimi ilk dəfə Londonda keçiriləcək

Futbol
Bu gün, 09:40

Everton, Manchester United hücumçusu Markus Reşford ilə danışıqlara başladı

Güləş
Bu gün, 09:37

Dörd Azərbaycan güləşçisi dünya çempionatında çıxış edəcək

Futbol
Bu gün, 09:28

U-15 Milli Komanda Bu Gün İki Matça Oynayacaq: İsrail və Haiti ilə

Futbol
Bu gün, 09:23

Ronaldino 11 il sonra futbola qayıdır – Əfsanələrin geri dönüşü

Oxşar xəbərlər