Azərbaycanın amputant futbolçulardan ibarət millisi Millətlər Liqasının C qrupunda keçirdiyi Belçika ilə matçda həyəcanlı olub.
"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Ramil Həbibov deyib.
O, Belçikaya qarşı matçdakı nəticəsini dəyərləndirib:
"Oyun çətin keçdi. İlk görüş olduğu üçün uşaqlar həyəcanlı idilər. Buna baxmayaraq qalib gəldik. Çalışacağıq oyunumuzu bir qədər də təkmilləşdirək".
Qeyd edək ki, Azərbaycan yığması sözügedən qarşılaşmada rəqibini üç cavabsız qolla üstələyib.