top
Azər Salahlı: Yeni komandayıq, zaman lazımdır Idman.biz
19 avqust 2025, 14:10
- ↺ +

Azər Salahlı: "Yeni komandayıq, zaman lazımdır"

"Oyun ümumilikdə bərabər səviyyədə keçdi. Hər iki komanda müəyyən epizodlarda təhlükə yarada bildi. Düşünürəm ki, ikinci hissədəki qol epizodlarımız daha real idi və əgər həmin imkandan düzgün yararlana bilsəydik, hesab fərqli ola bilərdi. Təbii ki, nəticəyə görə təəssüfləndik".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"bin futbolçusu Azər Salahlı deyib.

Təcrübəli futbolçu mövsümün ilk oyununda "Turan Tovuz"a məğlub olduqları oyun haqda fikirlərini bölüşüb: "Yeni formalaşan komandamız var və düşünürəm ki, bu mərhələdə bizə bir qədər zaman lazımdır. Bəzi çatışmazlıqlarımız mövcuddur, amma üzərində sistemli şəkildə çalışırıq və zamanla bunları aradan qaldıracağımıza inanıram. Rəqibin kimliyindən asılı olmayaraq, hər oyuna maksimum nəticə əldə etmək üçün çıxırıq. Əsas hədəfimiz Premyer Liqada sabit mövqe tutmaq və imkan daxilində turnir cədvəlində yuxarı pillələrə yüksəlməkdir. Bu məqsədə çatmaq üçün bütün komanda olaraq əzmlə çalışırıq. Düşünürəm ki, bu istiqamətdə düzgün yoldayıq və qarşıya qoyduğumuz hədəflərə nail olacağımıza inanıram".

Salahlı növbəti turda qarşılaşacaqları "Neftçi" ilə oyundan gözləntilərini də bölüşüb: "Rəqibin kimliyindən asılı olmayaraq, bütün oyunlara eyni səviyyədə ciddi yanaşır, eyni konsentrasiyada hazırlaşırıq. "Neftçi" ilə qarşılaşma da istisna deyil. Məqsədimiz "Turan Tovuz"la oyunda yol verdiyimiz səhvləri təkrarlamamaq və görüşdən sərfəli nəticə ilə ayrılmaqdır".

Qeyd edək ki, "İmişli" mövsümün ilk turunda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər