top
Azər Salahlı: Rəqiblərin təzyiqi artır, hörməti oyunumuzla qazanırıq Idman.biz
01 sentyabr 2025, 14:15
- ↺ +

Azər Salahlı: Rəqiblərin təzyiqi artır, hörməti oyunumuzla qazanırıq

"İmişli"nin futbolçusu Azər Salahlının Futbolinfo.az-a müsahibəsi

– "Sabah"ı səfərdə 1:0 hesabı ilə məğlub edərək 3 xal qazandınız. Matç barədə nə deyə bilərsiniz?

– İlk hissədə həqiqətən də çətinlik çəkdik. Rəqib yaxşı komandadır, avrokuboklarda iştirak edirdilər. Səfərdə oynayırdıq, bu da əlavə çətinlik yaradırdı. Müdafiədə çox işləməli olduq. Şükürlər olsun ki, imkanlardan maksimum yararlandıq və qələbə qazandıq.

– Milli fasilə sizin üçün faydalı olacaqmı?

– Bu qələbə ilə kifayətlənmək olmaz. Çünki biz çox çalışmalıyıq, debütant komandayıq. Məşqlərimizi davam etdirməli və növbəti oyunlara hazırlaşmalıyıq. Bu fasilə bizə faydalı olacaq, daha yaxşı hazırlaşacağıq.

– Təcrübəli futbolçu olaraq karyeranız boyu bir neçə əcnəbi mütəxəssislə çalışmısınız. Portuqaliyalı baş məşqçi Jorj Kaşkilya ilə işləmək necədir, nə öyrənmisiniz?

– Əlbəttə, hər mütəxəssisin öz yanaşması olur. Çox fərqli məşqçidir, başqa oyun stili var. Gördüyünüz kimi kompakt oynayırıq, müdafiəyə meyilliyik. Heyətimizdə olan oyunçularla bu mümkündür. Kompakt müdafiədə oynayıb, əks-hücumlarda şansımızı gözləyirik. Komandada hər kəs bir-birinə fayda verir, hər kəs öz sahəsində dəstək olur. Baş məşqçi barədə yalnız xoş sözlər demək olar.

– "İmişli"yə futbol ictimaiyyəti tərəfindən qəribə təzyiq var – yəqin hiss edirsiniz. Bununla bağlı nə deyə bilərsiniz?

– Əlbəttə, xal qazandıqca rəqiblərin bizə olan yanaşması dəyişir, təzyiq artır. Öz oyunumuzla özümüzə hörmət qazanırıq. Çempionat başlamazdan əvvəl bəlkə də bəzi komandalar bizə yuxarıdan baxırdı. Amma hər oyunda göstəririk ki, hörməti öz gücümüzlə qazanırıq. Məncə, oyundan-oyuna daha da yaxşı olacaq.

– Azarkeşlərə nə demək istərdiniz?

– Azarkeşlərimizə də təşəkkür edirəm. Onlardan istəyim odur ki, hər zaman bizi dəstəkləsinlər. İnşallah, hər oyunda qələbə üçün mübarizə aparacağıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Oxşar xəbərlər