top
Azər Həşimov: Karvanın Premyer Liqada daimi iştirakı üçün əlimdən gələni edəcəyəm Report.az
16 iyul 2025, 15:14
- ↺ +

Azər Həşimov: "Karvan"ın Premyer Liqada daimi iştirakı üçün əlimdən gələni edəcəyəm

"Karvan"ın yeni baş məşqçisi Azər Həşimov klubun Premyer Liqada daimi iştirakı üçün əlindən gələni edəcək.

Bunu "Report"a 40 yaşlı mütəxəssis özü bildirib.

O, Yevlax təmsilçisinə təyinatı ilə bağlı danışarkən komandanın hədəflərini açıqlayıb:

"İnşallah, hər şeyin yaxşı olacağına inanıram. Əsas seleksiya işləridir ki, futbolçular keyfiyyətli olsun və komanda Premyer Liqada yaxşı yer tutsun. Transfer çalışmalarını davam etdiririk. Legioner və yerli futbolçuların gəlişi davam edəcək. Amma konket ad çəkə bilmərəm. Çünki hər şeyin peşəkar səviyyədə olması üçün rəsmi məlumatları gözləməliyik".

A.Həşimov klubun sabiq baş məşqçisi, hazırkı vitse-prezidenti Kənan Kərimov tərəfindən dəvət aldığını söyləyib:

"Ona təşəkkürümü bildirirəm ki, mənə bu məsul vəzifəni tapşırdı. Gənc mütəxəssislərə güvənmək olduqca yaxşı haldır. Son illər Azərbaycan futbolunda bunun müsbət nümunələrini görmüşük. Məşqçilik karyeramda nə öyrənmişəmsə, ən yaxşısını etməyə çalışacağam. Marafon uzundur. İnşallah, azarkeşlərin də dəstəyini arxamıza alaraq bu çətin yolda irəliləyəcəyik. Uzun illər sonra komanda Premyer Liqaya vəsiqə qazandı. Komandanı yenidən aşağı dəstəyə göndərməyə haqqımız yoxdur. Yevlaxda futbol sevilir. "Karvan" UEFA Kubokunda ilk dəfə mərhələ adlayaraq Azərbaycanda tarix yazmış komandadır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:52

İmişli baş məşqçisinin Şamaxı qarşısında riskli taktikası qələbəyə yol açdı

Güləş
Bu gün, 17:43

Eldəniz Əzizli 55 kiloqram çəki kateqoriyasında dünya çempionu oldu

Futbol
Bu gün, 17:42

İnter, 98-ci dəqiqə qoluyla Fiorentina’yı məğlub etdi

Futbol
Bu gün, 17:38

Perkons: 2:1 Qələbə Üç Xalın Nəzarətində

Futbol
Bu gün, 17:29

Şəfa-2 3:2 hesabla Turan Tovuz-2-ni məğlub etdi

Futbol
Bu gün, 17:27

Milan, Luka Recciani-nin İtaliyaya dönüşü üçün çalışır

Futbol
Bu gün, 17:13

Klaudiya Rodriqes, Mark Kukurelyanın evdəki davranışlarını açıqladı

Voleybol
Bu gün, 16:58

Rakuv komandası Visla qarşısında 1:2 hesabı ilə məğlub oldu

Digər
Bu gün, 15:58

Araz-Naxçıvan Polşada UEFA Çempionlar Liqası üçün hazırdır

Futbol
Bu gün, 15:38

Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası: Sabiq rəsmi hadisənin ətraflarını açıqladı

Tennis
Bu gün, 15:28

Sinnerin liderliyi təhlükədə: Noabrın 2-də Zverev ATP reytinqində birinci ola bilər

Futbol
Bu gün, 15:27

Real Madridin qapıçısı Kurtua qripdən dolayı Barcelona qarşısında oyunu buraxacaq

Futbol
Bu gün, 15:05

Stefano Pioli: "A Seriyasına qayıtmaq istəyirəm, İtaliyada qalmağa üstünlük verərəm"

Futbol
Bu gün, 14:49

Kəpəz’in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarıldı

Futbol
Bu gün, 14:38

Bakıda U-15 DÇ-də Kolumbiya 11:0, Benin 10:0 hesablı qətiyyətlə qalib gəldi

Futbol
Bu gün, 14:30

Manchester United, Liverpool və Arsenal Bayern yarımmüdafiəçisinə baxır

Futbol
Bu gün, 14:25

Azərbaycanlı futbolçu İmanverdiyev Mursiyada üçüncü liqada oynayacaq

Futbol
Bu gün, 14:21

Barselona Balden gedərsə, Yuventusun müdafiəçisi Kambyazo ilə maraqlanır;

Futbol
Bu gün, 14:13

Kompaninin yoxluğunda Denks "Bavariya"nın "Frayburq"la oynaq əvvəlki oyun planını açıqladı

Futbol
Bu gün, 14:00

Markus Babbel: Ballon d’Or dünyadakı ən böyük sirk tamaşasıdır

Futbol
Bu gün, 13:50

U-15 Dünya Kuboku: Azərbaycan millisi Andorraya 1-0 qalib gəldi

Boks
Bu gün, 13:37

Azərbaycanın iki gənc boksçusu Budvada keçirilən dünya çempionatının yarımfinalına çıxır

Boks
Bu gün, 13:28

Daniel Dübua vs Tayson Fyuri döyüşü üçün favori kim?

Futbol
Bu gün, 13:19

Neymar qırmızı kartla meydandan atıldı və bunu irqçilik kimi tanıdı;

Oxşar xəbərlər