top
Azər Həşimov: Karvan-Yevlaxdan ayrıldım, təzminat ödəməyiblər, saytda isə hələ də baş məşqçiyəm Idman.biz
12 yanvar 2026, 15:27
- ↺ +

Azər Həşimov: "Karvan-Yevlax"dan ayrıldım, təzminat ödəməyiblər, saytda isə hələ də baş məşqçiyəm

"İnanın, çox istəyirəm ki, "Karvan-Yevlax" yüksək liqada qalsın. Ona görə ki, futbolçular əmək sərf edir, hansı şəraitdə, hansı zəhmət qarşılığında oyunlara hzırlaşdıqlarını bilirəm".

Bunu "Karvan-Yevlax"dan ayrılsa da, hələ də Peşəkar Futbol Liqasının rəsmi saytında baş məşqçisi kimi qeydiyyatda olan Azər Həşimov sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Karvan-Yevlax"la məsələniz həll olundu, klub sizə istədiyiniz təzminatı ödədi?

- Xeyr, məsələ hələ ki həll olunmayıb. Heç bir təzminat da ödəməyiblər.

- Bəs, klub rəsmiləri ilə danışmısız, nə deyirlər sizə? Təzminatınızı ödəyəcəklərini bildiriblər?

- Klubdan heç kəs mənimlə əlaqə saxlamayıb. 2025-ci il dekabrın 1-də poçt vasitəsi ilə məktub gəlmişdi ki, məşqlərə niyə gəlmirsən? Halbuki noyabrın 24-də iclas keçirərək, Füzuli Məmmədovu baş məşqçi postuna təyin etmişdilər. Özüm də dekabrın 2-də Yevlax şəhər stadionunda olmuşam. Dekabrın 3-də "Qarabağ"la kubok görüşündə "Azərsun Arena"da canlı olaraq matça baxmışam. Ondan sonra heç kəslə danışmamışam, mənimlə də əlaqə saxlamayıblar.

- Təzminatı ödəməyəcəkləri təqdirdə, AFFA-ya və ya FİFA-ya şikayət etməyi planlaşdırırsınız?

- Təzminatımı ödəməyəcəkləri təqdirdə, Azərbaycan Respublikasının qanunlarını pozmuş olacaqlar. Yəni müqavilənin şərtlərinə riayət etməmiş olurlar. Vəkilim olan Elcan Həsənli də bu işlə məşğuldur.

- Peşəkar Futbol Liqasının rəsmi saytında "Karvan-Yevlax"ın baş məşqçi postunda hələ də sizin adınız gedir. Halbuki komanda sizdən sonra nə qədər oyuna çıxıb. Bunu qeyri-peşəkarlıqdan başqa bir şey adlandırmaq olmur. Siz klubda çalışanda da qeyri-peşəkarlıqların olduğunu sezirdiz?

- Bu suala məncə "Karvan-Yevlax" klubunun direktoru cavab versə, daha yaxşı olardı.

- "Karvan-Yevlax"ın Premyer Liqadakı yerini qoruyub-saxlayacağına inanırsız? Sizin vaxtınızda komanda daha yaxşı görünürdü, yoxsa Füzuli Məmmədovun başçılığı altında kollektiv daha yaxşıdır?

- İnanın, çox istəyirəm ki, "Karvan-Yevlax" yüksək liqada qalsın. Ona görə ki, futbolçular əmək sərf edir, hansı şəraitdə, hansı zəhmət qarşılığında oyunlara hzırlaşdıqlarını bilirəm. Ona görə çox istəyərdim ki, çəkdikləri zəhmət, sərf etdikləri əməkləri boşa getməsin, istədiklərinə nail olsunlar. "Karvan-Yevlax" komandasına uğurlar arzulayıram. Qaldı ki, müqayisəyə, cəmi 1 oyuna baxmışam. O da canlı olaraq, "Qarabağ"la kubok görüşünə, "Azərsun Arena"da. Qalan heç bir matçı izləməmişəm. Baxmayaraq ki, PFL-də rəsmi olaraq komandanın baş məşqçisi mənim adım gedir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Oxşar xəbərlər