top
Azər Həşimov: Heç kim Karvan-Yevlaxa 3 xal gözü ilə baxmasın Sport24.az
27 sentyabr 2025, 21:34
- ↺ +

Azər Həşimov: "Heç kim "Karvan-Yevlax"a 3 xal gözü ilə baxmasın"

"Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Oyuna gəldikdə, "Neftçi"nin gücü hamıya bəllidir. "Sumqayıt"la oyunlarını təhlil etmişdik. Fərdi keyfiyyəti yüksək oyunçuları var. Onların qarşısını almağa çalışdıq. Müdafiədən oynayıb, əks-hücumlar qurmağı planlaşdırmışdıq. Futbolçularımız əzmkar mübarizə apardı. Ən azından 1 xal qazanmaq istəyirdik. Bunu da etdik. Futbolçularımı təbrik edirəm. "Neftçi"yə uğurlar arzulayıram".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasının 6-cı turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

 

- Bir həftə əvvəl "İmişli"yə 0:3 hesabı ilə uduzdunuz, bu gün isə "Neftçi" ilə 0:0 oynadız. Sizin üçün "İmişli" "Neftçi"dən çətin rəqibdir?

- Elə deməzdim. Sadəcə 3 oyundur ki, birinci hissədə standart vəziyyətlərdən qol buraxırdıq. Bu həftə həmin səhvlərin üzərində çalışdıq. "İmişli"yə uduzduqdan sonra futbolçularla söhbətləşdik. Biz ardıcıl 2 oyunda 4 xal qazanmışdıq. "Qarabağ"a 0:2 uduzsaq da, futbolçular yaxşı oynamışdı. Zədəlilərimiz də var. Çalışdıq ki, onların yerini dolduraq. Komandanı silkələdik ki, toparlanmaq lazımdır. Heç kim "Karvan-Yevlax"a 3 xal gözü ilə baxmasın.

 

- Elvin Yunuszadə niyə yox idi? Onu cəzalandırmısız?

- Xeyr cəzalandırmamışıq. Sadəcə mikro zədəsi var idi. Ona görə heyətə götürmədik ki, qarşıdakı oyuna hazırlaşsın. Bizdə əvəzolunmaz futbolçu yoxdur. 

 

- Səid İranxan çox aqressiv görünürdü. Bunu normal qarşılayırsız?

- Müdafiəyəmeyilli oyunçular aqressiv olmalıdır. Futbol xarakter oyunudur. Normaldır. İstəyərdim ki, müdafiəçilərimiz aqressiv, emosional, hirsli olsunlar. Səidin bu cür davranmağı normaldır.

 

- Birinci hissədə "Neftçi"nin təzyiqi yüksək idi. Amma ikinci yarıda bunu görmədik. Fasilədə oyunçularla nə danışdınız?

- İkinci hissədə də təzyiq gözləyirdik. Sadəcə oyunçularımıza təmkinli olmağı, top saxlamağı və əks-hücum qurmağı tapşırmışdıq. Bu da bizdə normal alındı.

 

- Kamran İbrahimovun performansını necə dəyərləndirirsiz?

- Kamran son 3 oyunda 8 top buraxmışdı. Əsas qapıçımız zədəlidir. Ona dedim ki, dəyərlisən, biz sizə inanırıq, ən yaxşı oyununu oynayacaqsan. Kamran 9 il "Neftçi"də olub. Bu gün onun üçün motivasiya idi. Bütün futbolçular 95 dəqiqə sona qədər mübarizə apardılar, inandılar ki, xal qazana bilərik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 09:13

DH Volley Azərbaycan komandası 1/32 finalında Danimarka ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

UEFA Avropa Liqası Dördüncü Turda 17 Oyun, Milan, Yuventus və Beşiktaş İştirak Edir

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ"dan ayrıldı, 3 ildən sonra Kabo-Verde milli komandası tərəfindən dəvət alıb

Futbol
Bu gün, 08:50

UEFA Konfrans Liqası: Üçüncü turda 18 oyun – Trabzonspor, Ayaks, Monako və digərləri

Futbol
Bu gün, 08:40

Braziliya U‑20 matçında 54 qırmızı vərəqə və hakimin həyatı təhlükədə

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Oxşar xəbərlər