top
Azər Bağırov: Tez bir zamanda mehriban bir ailə yaratdıq - MÜSAHİBƏ Idman.biz
26 may 2025, 13:39
- ↺ +

Azər Bağırov: "Tez bir zamanda mehriban bir ailə yaratdıq" - MÜSAHİBƏ

Ötən gün "Kəpəz"in baş məşqçi postundan ayrılan Azər Bağırovun AZƏRTAC-a müsahibəsi

– "Kəpəz"lə yollarınızı ayırdınız. Bu proses necə baş tutdu?

– Açığı, bu barədə danışmamağa söz vermişdim. Amma bu, şəxsi məsələdir. Mənimlə yolların ayrılacağı artıq "Turan Tovuz"la oyundan iki gün əvvəl bəlli idi. Klub rəhbərliyi ilə görüşdə irəli sürdüyüm bəzi şərtlər isti qarşılanmadı. Mən də dedim ki, əgər bu şəkildə davam edəcəksə, yollarımızı ayırmaq daha yaxşı olar.

– Şərtlərdən bəhs etdiniz. Klub rəhbərliyi ilə hansı məsələlərdə ortaq məxrəcə gələ bilmədiniz?

– Bir məşqçi kimi mənim də istəklərim var idi. Sadəcə onu deyə bilərəm ki, şərtlərim qəbul olunmadı. Dünən keçirilən mətbuat konfransında da qeyd etmişdim ki, bəzi məsələlər var ki, onlar klubla aramızda qalmalıdır.

– "Kəpəz"də çalışdığınız müddətdə komandada nəyi dəyişə bildiniz?

– Hamı yaxşı bilir ki, "Kəpəz"in Premyer Liqada qalması çox çətin görünürdü. Klub rəhbərliyinin belə ümidi demək olar ki, yox idi. Bəlkə də, min adamdan biri möcüzəyə inanırdı. Azarkeşlər və futbol mütəxəssislərinin çoxu "Kəpəz"in aşağı liqaya düşəcəyini düşünürdü. Amma biz geridönüş etdik. Mənim üçün sağlam mühit və kollektiv ruh çox önəmlidir. Qısa müddətdə gözəl bir komanda və mehriban bir ailə yaratmağı bacardıq. Hər kəs meydanda bir nəfər kimi vuruşurdu.

Reallıq budur ki, komandada yüksək ustalığa malik futbolçular yox idi. Amma oyunçular daim əzmkarlıq göstərdilər, daha az səhv etməyə çalışaraq qələbəyə kökləndilər. Maliyyə baxımından bizdən qat-qat üstün komandalara qarşı oynayıb nəticə qazandıq. "Neftçi", "Sabah", "Qarabağ" kimi büdcəsi böyük klublara qarşı heç-heçə və qələbələrimiz oldu. Bu oyunlar həm azarkeşləri sevindirdi, həm də komanda haqqında müsbət rəy formalaşdırdı.

– Artıq "Kəpəz" klubuna yeni rəhbərlik gəlib və maliyyə vəziyyəti də əvvəlki illərə nisbətən daha yaxşı olacaq. Sizcə, növbəti mövsüm komanda necə çıxış edəcək?

– Bundan sonra kluba yalnız uğurlar arzulayıram. Bu komandaya və azarkeşlərinə böyük rəğbət bəsləyirəm. Gəncə doğrudan da Azərbaycanın futbol beşiklərindən biridir. Amma yeni mövsümdə hansı nəticələri əldə edəcəklərini proqnozlaşdırmaq çətindir.

– Gələcək karyeranız barədə nə düşünürsünüz?

– Açığı, hər kəs elə bilirdi ki, mən "Kəpəz"də qalacağam. Hazırda konkret bir təklif yoxdur. Ümid edirəm ki, yaxın vaxtlarda təkliflər olacaq və mən də onları dəyərləndirəcəyəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Futbol
Bu gün, 14:29

Real Madrid Tibo Kurtuanın gələcək əvəzləyicisi olaraq Brentfordun qapıçısı Bart Verbrüqgeni nəzərdən keçirir

Futbol
Bu gün, 14:20

Emre Belözoğlu Dinamo Kiev'i çalışdıra bilər

Futbol
Bu gün, 14:19

Arsenal, 14 il sonra Enfielddə ilk qələbəni əldə etdi

Qarabağ FK
Bu gün, 14:00

Vaqif Sadıqov: Neftçi Liderliyini Qorumaq Əsasdır

Voleybol
Bu gün, 13:59

"Xilasedici" klubunun meneceri: "Biz Avropada Azərbaycan voleybolunu layiqincə təmsil edəcəyik"

Futbol
Bu gün, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Basketbol
Bu gün, 13:29

"Gəncə"nin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı

Futbol
Bu gün, 13:27

“Vikinq”-“Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Digər
Bu gün, 13:22

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Formula 1
Bu gün, 13:14

Maks Ferstappen Kimi Antonellinin Formula 1-də istedadından fəxr edir

Futbol
Bu gün, 13:07

“Vikinq” – “Sabah” matçını niderlandlı hakim briqadası idarə edəcək

Futbol
Bu gün, 13:00

Lamin Yamal Avropa top liqalarında qol və asistlər baxımından liderdir.

Futbol
Bu gün, 13:00

Neftçi skautları Macarıstan və Portuqaliyada legioner axtarır

Qarabağ FK
Bu gün, 12:59

Mateuş Silva “Qarabağ”ın qol problemlərinə işıq tutdu və azarkeşlərə meydanda cavab verəcəyimizi bildirdi

Formula 1
Bu gün, 12:58

Alpin komandası sürücüsü Franko Kolapinto Meksika Qran-prisində 10 saniyəlik cəza aldı

Digər
Bu gün, 12:29

Azərbaycanlı atlet Vüsalə Bentley 5 saat 3 dəqiqə plankla dünya rekorduna iddia edir

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Şahmat
Bu gün, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq;

Oxşar xəbərlər