"Bizim üçün oyun çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu".
İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov İmişli" ilə matçdan sonra deyib.
O, Azərbaycan kubokunun 1/8 mərhələsində qazanılan 1:0 hesablı qələbəni şərh edb: "Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü "Zirə" ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq".
İdman.biz