top
Azər Bağırov: Bu, elə pis mənada futbolçuları sındırmaqdır Sport24.az
24 fevral 2025, 22:25
- ↺ +

Azər Bağırov: "Bu, elə pis mənada futbolçuları sındırmaqdır"

"Oyunun keçirilməsi ilə bağlı fikirlərimi deyə bilərəm. Dünən gəldik-getdik, oyunun vaxtını bir təyin etdilər, ondan sonra yenə dəyişdirdilər. Bu gün eyni qaydada. Bu, futbolçulara nə qədər təsir edir, yəqin ki, idman camiəsi bilirlər. Uşaqlar bu gün əziyyət çəkdi. Futbolçular 12:30-da yemək yedilər, saat 15:30-dan burdayıq. Nə bilim, saat 19:00-da oyun başlayır. Oyunun keçirilməsi böyük problem idi. Oyun haqda da çox söz deməyə ehtiyac yoxdur. Özünüz hər şeyi gördüz. Rəqibi təbrik edirəm, uğurlar arzulayıram".

 

"Kəpəz" Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

 

Sport24.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Şərtlər hər iki tərəf üçün eyni idi? 

- Xeyr, şərtlər hər iki tərəf üçün eyni deyil. Biz bura çatanda, xəbər etdilər ki, oyun 18:00-a keçirilib. Biz də getmişik, geri qayıtmışıq. Halbuki biz Zirəyə çatmışdıq. 2-3 saat futbolçular gəzib, kofe içib. Biz səfər komandasıyıq. Bir gün əvvəl gəldiyimiz üçün məşq etməyə meydança tapa bilmədik. Meydança qar idi. Dünən yenə məşq etmədik. Bu cür palçıqda isə oyuna çıxıb. Məncə, insan resurslarını mənimsəməkdir. Futbolçu iki gün məşq etmir, palçıqda çətin oyuna çıxır. Nəzərə də alınmırdı ki, bu adam 12:30-da yemək yeyib və 19:00-da oyuna çıxır. Bunların hamısı fikirləşilməli idi. 

 

- Üç gündən sonra "Neftçi" ilə oynayacaqsız. Geri qayıdacaqsız? 

- "Zirə" burada bərpa keçəcək, oynayacaq. Amma biz yenidən Gəncəyə qayıdıb, ye də Bakıya gəlməliyik. Faktiki olaraq, futbolçuları istifadə etməkdir. Bu, elə pis mənada futbolçuları sındırmaqdır. Furbolçunun bərpası necə olacaq, kimə nə verəcəyik? "Zirə" kimi geniş heyətimiz də yoxdur. Şükür Allaha bu gün hələ 1 oyunçumuz zədələndi, o da bazada. Bir-iki futbolçuda da problem var. Nə bilim... Çox söz danışmaq olar. Futbolçu insandır da. Oyun keçirilsin deyə, sındırmalıyam? Nəzərə almaq lazım idi ki, futbolçu ilk növbədə insandır. İki gün məşq etmə və oyuna çıx. Necə olacaq? Belə.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Oxşar xəbərlər