top
Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq Sport24.az
Bu gün, 20:00
- ↺ +

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

"Şamaxı" Misli Premyer Liqasının XI turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Zəfər Gününüz mübarək olsun. Bu gündə payı olan hər kəsə təşəkkür edirəm, başda cənab prezident olmaqla. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq arzulayıram. "Sabah"a qarşı oynayırdıq, bilirdik ki, rəqib necə komandadır. Çempionlar Liqasında yaxşı mübarizə aparırlar. Çempionatımızın ən elit komandalarından birinə qarşı oynayırdıq. Uşaqlara tapşırmışdıq ki, döyüşsünlər. Meydanda əsl mübarizə gördük. Bir xalı qazandıq. Daha çoxu da ola bilərdi. "Sabah"a uğurlar arzulayıram.

 

- Siz iki xal itirdiniz.. Razısız?

 

- Bir xal qazandıq. "Sabah"a qarşı səfərdə oynayırdıq. İtirilən xal barəsində düşünmək istəmirəm. Futbolçulara da dedim ki, mənim üçün əsas meydançada düşünmək idi. Uduzsaydıq da, bugünkü oyundan razı qalacaqdım.

 

- Yeni komandanız üçün birinci dövrəni necə şərh edərdiz?

 

- Bir oyun və bir hissəni çıxmaqla, 10 oyunda yaxşı oynadıq. Ən sevdiyim və xoşuma  gələn bir şey var ki, öz meydanımızda müdafiəyə oturmuruq, pressinq edib, dominant oynamaq istəyirik. Müasir futbolu uşaqlara aşılayırıq. Çempionatda ən gənc komandayıq, daha çox yerlilərlə oynayırıq.

 

- Hansı oyun və hansı hissədən söhbət gedir?

 

- "İmişli" matçı və "Şəfa" ilə oyunun birinci hissəsi.

 

- Sonlarda futbolçulara deyirdiz ki, irəlidə sıxın. Futbolçuarınızın fiziki gücünə inamdan irəli gəlirdi?

 

- Futbol elə oyundur ki, sən qorxmamalısan. Motivasiyan futbolçularda daha çox hiss edilməlidir. "Sabah"ın futbolçularının keyfiyyətini bilirdik. 

 

- Sizi narahat edən məqam var? Rotasiya üçün imkanlarınız geniş deyil...

- Əslində, sözünüzdə həqiqət var. Çalışıram ki, həmişə eyni səviyyədə uşaqlara şans verim və bacardıqca oyun praktikası hamıda daha çox olsun. Statistikaya baxsaq , biz hücum xəttində daha çox rotasiya edirik, nəinki müdafiədə. Bu, o demək deyil ki, müdafiə xəttindən çox razıyıq, çünki qollar buraxırıq. Rotasiyanı irəlidə daha çox edə bilirik, nəinki müdafiədə. Emin Rüstəmov bütün matçlarda 90 dəqiqə oynayıb, əvəzlənməyib.

 

- Qışda transfer etmək üçün maliyyə imkanınız var?

 

- Bu barədə düşünürük. Onu zaman göstərəcək. Klub rəhbərliyi ilə bu barədə danışığımız olub. Çalışacağıq ki, qışda bir oyunçu ilə güclənək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Bu gün, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Futbol
Bu gün, 16:38

“Çaykur Rizəspor” ilk ev qələbəsini əldə etdi, Nəriman Axundzadənin “Ərzurumspor”u məğlub oldu

Qarabağ FK
Bu gün, 16:33

U-20 milli komandası üçün təlim-məşq toplanışının heyəti açıqlanıb

Futbol
Bu gün, 16:24

Xulian Alvares üçün Barselona qarşılaşması kritik məqam

Oxşar xəbərlər