top
Azər Bağırov Kəpəzin hazırlıq planları, transferlər və Rüfət Abdullazadə barədə danışdı - MÜSAHİBƏ Idman.biz
02 yanvar 2026, 15:10
- ↺ +

Azər Bağırov "Kəpəz"in hazırlıq planları, transferlər və Rüfət Abdullazadə barədə danışdı - MÜSAHİBƏ

"Yanvarın 10-da "Qəbələ" ilə, 17-də isə "Karvan"la qarşılaşacağıq".

Bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Artıq sabahdan məşqlərə başlayırsınız. Mövsümün ikinci hissəsi üçün hazırlıq planı necədir?

- Bəli, sabahdan məşqlərimiz başlayır. Yerli futbolçular hamısı sabahdan hazırlığa qatılacaqlar. Legionerlər isə yanvarın 4-5-dən komandaya qoşulacaqlar. İki hissəli hazırlıq prosesimiz olacaq. Çalışacağıq ki, oyunçuları maksimum dərəcədə hazırlayaq. Taktiki baxımdan bəzi dəyişikliklər olacaq. Eləcə də futbolçuların fiziki durumunu daha da yaxşılaşdırmaq üçün çalışacağıq.

- Komanda hazırlıq müddətində Gəncədə məskunlaşacaq. Lakin hər iki yoxlama oyununu səfərdə - Qəbələdə və Yevlaxda keçirəcəksiniz. Maraqlıdır, seçimi siz etdiyiniz, yoxsa rəqiblər Gəncəyə gəlmək istəmədilər?

- Yanvarın 10-da "Qəbələ" ilə, 17-də isə "Karvan"la qarşılaşacağıq. Səfərdə oynamağımızı xahiş elədilər, mən də normal qarşılaşdım. Böyük ölçüdə heç bir problem yoxdur. Yevlaxla məsafəmiz azdır. Qəbələdə isə həm meydan yaxşı vəziyyətdə olur, həm də həmin matça səfər oyunu kimi yanaşırıq. Fasilədən sonra ilk görüşümüz səfərdə "Qarabağ"a qarşı olacaq.

- Qış fasiləsində komandadan iki legioner ayrıldı. Yenə də gedənlər olacaq?

- Kaçper Rosa və Perdo Qomeşlə yolları ayırmışıq. Digərlərinin gedişi nəzərdə tutulmayıb. Ola bilər bəzi yerli cavan futbolçular var, hansılar ki, 90 dəqiqə forma geyə biləcəkləri klublarla anlaşsalar, perspektivi nəzərə alaraq onlara şərait yaradaq.

- Yeni transferlərlə bağlı vəziyyət necədir?

- Qış dönəmində heyəti gücləndirməklə bağlı çətinliklər olur. Bizim də bu yöndə işlərimiz gedir. İnanıram ki, mövsümün ikinci hissəsinin startına qədər istədiyimizi reallaşdıra biləcəyik.

- Mətbuatda Xorvatiyanın "Varazdin" klubunda forma geyən millimizin yarımmüdafiəçisi Rüfət Abdullazadə ilə maraqlandığınız, onun icarə əsasında komandaya cəlb olunacağı barədə xəbər yayılıb. Bu, nə dərəcədə doğrudur?

- Rüfət çox yaxşı futbolçudur. Hər komanda onu heyətində görmək istəyər. "Kəpəz"ə gəlib-gəlməyəcəyini zaman göstərəcək. İnanıram ki, hər şey "Kəpəz"sevərlərin ürəyincə olacaq. Həm də reallıqlar var ki, onları nəzərə alaraq yolumuza davam edəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Oxşar xəbərlər