top
Azər Bağırov hakimlikdən narazı qalıb: Gülüncdür... Sport24.az
25 oktyabr 2024, 21:36
- ↺ +

Azər Bağırov hakimlikdən narazı qalıb: "Gülüncdür..."

Azərbaycan Premyer Liqasının XI turunun "Turan Tovuz" – "Kəpəz" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

– Maraqlı oyun alındı. Uşaqlar yaxşı futbol oynadılar, sadəcə bəzi nüanslar çatmadı. Mənimçün sürprizlər də oldu, yaxşı şeylər də. Digər məsələləri də görüb, özünüz qiymətləndirəcəksiniz.

 

– Son anlarda xalı əldən verməyiniz nə ilə bağlıdır?

– Son iki dəqiqədə hakim olmayan cərimələri verdi. Baxın, Raufun epizodunda qayda pozuntusu varsa, deməli mən heç nə bilmirəm.

 

– Qarşıda "Səbail"lə 6 xallıq oyun var…

– Komandamda psixoloji problem yoxdur. Uşaqlar futbol oynadılar. Bu gün hər iki hissədə maraqlı mübarizə apardıq. Bizim daha üstün oynadığımızı demək olar. Digər məsələlərin necə olacağını deyə bilmərəm. "Qarabağ"la oyunda da hər epizoda faul verilirdi. Hakimlərə təşəkkür edirəm. Hər şeyin vaxtı var, əsas hakim Allahdır.

 

– "Qarabağ"la oyunda Romao sizin oyunçunuza zərbə endirsə də, hakim bağışlamışdı. Amma dünən Avropa Liqasında "Ayaks"la oyunda eyni epizod "qırmızı" ilə nəticələndi…

– Bu gün 40-cı dəqiqədə bir epizod var, Avropa Liqasında hansı oyun olsa, həmin epizoda penalti verərdilər. Daha danışmaq istəmirəm, hər şeyin vaxtı var. Hakimlər öz işlərində olsunlar, görək, nə olacaq… "Qarabağ" oyunda Paçunun ayağını tapdaladılar, penalti verilmədi. Amma Avropa Liqasında cüzi toxunuşa penalti verildi, kimsə danışmadı. Bilirsiz, ötən oyunların birində hakim deyir ki, futbolçunun niyyəti rəqibini vurmaq deyildi. Adama deyərlər, sən futbol oynamısanmı ki, bilirsən niyyət nədir? Gülüncdür. Hakim hardan bilir futbolçunun niyyətini?

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:00

“Sabah” rəsmisi “Arsenal” və “Bornmut” nümayəndələri ilə eyni siyahıda!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Oxşar xəbərlər