"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Super Liqada "Beşiktaş"a uduzduqları oyunu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
"Oyunda epizod çox oldu. Hakimin qərarları şübhə yaratdı. Davinson Sançesin epizodunda penalti var idi, amma VAR müdaxilə etmədi. Bu mövsüm çempionatla bağlı qaranlıq suallar çoxdur. Kimnən haqqının yeyilməsini istəmirəm. Azarkeşlərimiz narahat olmasın, çempion biz olacağıq".
"Qalatasaray" çempionatda 71 xalla birinci sıradadır. Ehtiyatda bir oyunu olan "Fənərbağça" isə 65 xalla 2-cidir.