Səudiyyə Ərəbistanı çempionatında 20-ci turun "Əl-Hilal" - "Ər-Riyad" matçından sonra qalmaqal yaşanıb. Sport24.az xəbər verir ki, görüş başa çatdıqdan sonra "Əl-Hilal"ın futbolçuları Malkom və Sergey Milinkoviç-Saviçlə azarkeşlər arasında münaqişə yaranıb.
Aktiv azarkeşlər oyun səviyyəsindən və futbolçuların çıxışından narazılıqlarını bildiriblər. Malkom və Milinkoviç-Saviçlə azarkeşlər mübahisə ediblər.
Sosial mediada bəzi azarkeşlər futbolçuların klubdan getməsini tələb ediblər.
Qeyd edək ki, "Əl-Hilal" hazırda ölkə çempionatında 2-ci yerdədir.