top
Ayxan Hüseynovun 100-cü oyun hədiyyəsi və Turan Tovuzdakı planları Report.az
19 sentyabr 2025, 15:46
- ↺ +

Ayxan Hüseynovun 100-cü oyun hədiyyəsi və "Turan Tovuz"dakı planları

"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov Misli Premyer Liqasında 100-cü oyuna çatması ilə bağlı hədiyyə almasına görə təəccüblənib.

Bunu "Report"a açıqlamasında futbolçu öz deyib.

O, ötən gün qərb təmsilçisinin idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov və baş məşqçi Kurban Berdıyev tərəfindən "100" nömrəli forma almasından danışıb:

"Hisslərimi sözlə ifadə etmək çətindir. İnanın, özüm də 100-cü oyuna çatmağımla bağlı hədiyyəni qəbul edəndə şokda idim. Çünki "Turan Tovuz"un heyətində ilk dəfə meydana çıxdığım anı çox yaxşı xatırlayıram. Üstəlik, bu, Premyer Liqada 100-cü oyuna çıxmağımla bağlı olan bir şeydir. Kubok görüşlərini də hesablasaq, 100-dən çox görüşdə iştirak etmişəm Formanı təqdim edərkən baş məşqçimiz Kurban Berdıyev şəxsən iştirak edirdi. Formanı ondan təhvil alanda üzündə gülümsəmə yarandı. Çoxları baş məşqçimizin gülməyini ilk dəfə görürdü. Çox xoş hisslər yaşadım. Bütün komanda yoldaşlarım klubumuzun İdarə Heyətinin sədri Ehtiram Quliyev məni təbrik elədilər".

Yarımmüdafiəçi uzun illər "Turan Tovuz" komandasında çıxış etmək istədiyini söyləyib:

"İnşallah, uzun illər "Turan Tovuz"un uğurları üçün çalışmaq istəyirəm. Təbii ki, bu məsələdə klubun da marağı olmalıdır. Mənim üçün burada olmaq çox xoşdur. Özümü xoşbəxt hiss edirəm. Bəzi yeni gələn komanda yoldaşlarım 100-cü oyunumu keçirdiyimə inanmırdılar. Bu, onlar üçün də yeni məlumat oldu".

A.Hüseynov komandasının cari mövsüm iddialı olduğunu vurğulayıb:

"Bu mövsüm minimum avrokuboklara düşmək uğrunda oynayırıq. Hər şey yüksək səviyyədədir. Azarkeşlərimizin dəstəyini hiss edirik. "Turan Tovuz" azarkeşləri Premyer Liqada birincidirlər. Komandamıza yaxşı futbolçular cəlb olunub. Artıq yavaş-yavaş kollektivə uyğunlaşırlar. Hər birimiz gücümüzü birləşdirib yaxşı nəticələr əldə edəcəyik".

Qeyd edək ki, Ayxan Hüseynovun yubileyi IV tura təsadüf edib. O, "Qəbələ" ilə matçın gedişində meydana daxil olub. Futbolçu 100 qarşılaşmada 13 qola imza atıb.

O, Premyer Liqada yalnız bir klubun formasını geyinməklə "Turan Tovuz"da 100 çempionat matçına çıxan ilk oyunçu olub. Hüseynov Premyer Liqada 2022/2023 mövsümündə debüt edib.

Ayxan Hüseynov Azərbaycan Premyer Liqası yubiley "Turan Tovuz" klubu
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Oxşar xəbərlər