top
Ayxan Hüseynov: Futbolçular məşqləri sevmir, amma bu qələbə bizə yaxşı təsir edəcək Idman.biz
06 oktyabr 2025, 23:30
- +

Ayxan Hüseynov: "Futbolçular məşqləri sevmir, amma bu qələbə bizə yaxşı təsir edəcək"

"Turan Tovuz"un yarımmüdafiəçi Ayxan Hüseynov Futbolxeber.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- "Sumqayıt" üzərində qələbə sayəsində fasiləyə lider kimi yollanırsınız...

- Bu, çox sevindiricidir. Milli fasilədə 2 həftə hazırlıq keçəcəyik. Futbolçular məşqləri sevmir. Amma bu qələbə bizə yaxşı təsir edəcək.

- "Turan Tovuz" yüksəlişdədir. Belə məqamda çempionatda fasilə yaranması komandanıza mənfi təsir göstərməyəcək?

- Çalışacağıq tempdən düşməyək. Lider olmaq yaxşıdır. Çətin olsa da, bunu saxlamaq lazımdır.

- Bu mövsüm Premyer Liqada legioner limiti ləğv olunub. Bu, yerli oyunçuların çıxışına nə dərəcədə təsir göstərir?

- Məncə, rəqabət yaxşıdır. Çalışırıq öz işimizi görək. Məşqçilər də özlərinə düşmən deyillər. Kim güclüdürsə, ona şans verirlər. Hazırda komandamızda 16-17 aparıcı futbolçu var və bu, müsbət məqamdır.

- Öz çıxışınızı necə dəyərləndirirsiniz?

- İnşallah, daha da artıracağam. Daim üzərimdə işləyirəm. İnanıram ki, "Sumqayıt"a vurduğum qolun davamı gələcək.

- "Turan Tovuz" da daxil olmaqla bir neçə klub hakimlərin idarəçiliyindən narazıdır. Siz bu haqda hansı fikirdəsiniz?

- Mən heç vaxt hakimlərin işinə baxmıram. Onların qərarını şərh etmirəm. Bir gün hakimlik hansısa komanda üçün pis olur, digər gün yaxşı. Ümumilikdə, məncə, hakimlik normaldır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər