top
Ayxan Abbasov Ukrayna oyunundan sonra: Futbolçulara səhər demişdim ki, yorğunluğu psixoloji problem etməyək Sport24.az
14 oktyabr 2025, 01:33
- ↺ +

Ayxan Abbasov Ukrayna oyunundan sonra: "Futbolçulara səhər demişdim ki, yorğunluğu psixoloji problem etməyək"

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Polşanın Krakov şəhərində Ukrayna yığmasının qonağı olub. Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

 

"Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Dünən qayğılı olduq. Amma futbolçular xarakter göstərdi. Təşəkkür edirəm. Üç gündən bir böyük komandalara qarşı oynamaq vacib idi. Futbolçularımdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadənin epizodunu dəyərləndirsəydik, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. Ona hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq".

 

- Üç gündən bir oynamağa öyrəşmək üçün nə etmək lazımdır?

- Uzun söhbətdir. Futbolçularımızın təməli gənc yaşlarından buna öyrəşməlidirlər. Bəlkə də liqalarda oyunların sayını çoxaltmaq lazımdır. Ukrayna ilə yaxşı mübarizə apardıq. Bəlkə 1-ci oyun Ukraynaya qarşı oynasaydıq, başqa cür olardı. Çempionatımızın tempi, futbolçularımız 90 dəqiqə oynasa, daha yaxşı olar. Amma inanın ki, bu gün futbolçular əllərindən gələnin artığını etməyə çalışdı.

 

- 30 ildən sonra milli qoşa oyunların əziyyətini çəkib. Adətən uğursuzluq olub. Fransadan sonra Ukraynaya məğlubiyyəti əlaqələndirmək olar?

- Futbolda öncədən nəsə demək çətindir. İslandiyadan sonra xal qazandıq. Hər kəs düşünürdü ki, uşaqlar uzaq yoldan gəlib. Bəzən istək, ruh olanda yorğunluğu da hiss etmirlər. Emin Mahmudov fiziki göstəricilərinə görə komandanın ən yaxşısıdır. Bəlkə də Eminin gücü yox idi. Amma necə sürüşmə fəndi etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdı. Uduzmaq istəmirdilər. Buna öyrəşməliyik. Futbolçulara səhər demişdim ki, yorğunluğu özümüzə psixoloji problem etməyək. Rəqib də yoldan gəlmişdi. Öyrəşmək lazımdır. Turnir bunu tələb edir.

 

- Komandada özgüvən artarsa, gediləcək yolun neçə faizi olar?

- Ruhumuz olmasa, istəyirsiz yaxşı futbolçunuz olsun, komanda etmək çətin edəcək. Millidə böyük vaxt da yoxdur. 4-5 gündə yığışıb, belə oyunlara hazırlaşmaq üçün deyirəm. 1-ci və 2-ci toplanışda komandada fərq var. Oyun var. Fransa imkan vermədi. Onlara qarşı da istəyirdik bunu. Fransa oyunu uşaqlara güvən vermişdi. Bu gün daha güvənli idilər. Belə oynasaq, belə davam edəriksə, faiz etibarı ilə artacaq. Məncə, daha yaxşı ola bilərik.

 

- Komanda ilyarımdır ki, qələbə qazana bilmir. İslandiya ilə Bakıdakı görüş var. Bu oyunda qələbə üçün riskə getməyi planlaşdırırsız?

- İkili oyunlara sistemi oturtmaq istəyirik, komanda olaraq oyunumuzu qazandırmaq istəyirik. Rəqib nə qədər imkan verirsə, hücum etməyə çalışırıq. Heç kim deyə bilməz ki, hücum etmirdik. Çoxdandır qələbə qazanmırıq...Bu gün belə rəqiblərlə çətindir, gerçək danışaq. İslandiya ilə matçda mən də ümidliyəm, azarkeş dəstəyini görmək istəyirik. Fransa və Ukraynanı gördüz, fərqi sezdiz. Burada da artırmalıyıq. Azarkeşlər də bilirəm ki, millidən güvən verən oyunu istəyir. Hamısı birlikdə, azarkeş dəstəyi olsa, biz də evdə dominant, istəkli olarıq. Nəriman Axundzadə zədədən gəlmişdi, Musa Qurbanlı oyuna yaxşı girdi, Toral Bayramovu qeyd edərəm. Mahir Emreli və Rüstəm Əhmədzadə yaxşı formada olsa, bizim üçün yaxşıdır. Abbas və Elvin də hücumda köməyi dəydi, yaxşı idi.

 

- Bu gün Prmeyer Liqamızdakı hansı legioner olsaydı, bir xal qazanmaq olardı?

- Legioner desəm, komandama qarşı haqsızlıq edərdim. Adını desəm...(gülür). Amma var. İslandiya və Farer adalarında 3-4 oyunçu var. Futbolçularım bu gün pis deyildi.

 

- Milli komandanın daha yaxşı olması üçün, həm də klubların işləməsi lazımdır. Abdulla Xaybulllayevi sizin kəşfiniz hesab edə bilərik. Klublar yerlilərin inkişafı üçün dəstək verməlidir?

- Yaxşı mövzudur. Təəssüf ki, mən həm də klub məşqçisiyəm, nəsə desəm, düz anlaşılmır. Şahruddin oyunu buraxacaq. Nə edək? O epizodda qırmızı vərəqəyə baxılmalı idi. Düzdür, o epizoda getməməli idi. Amma biz bir qapıçıdan ibarət olmalı deyilik. Qapıçılarımız var, güvənməliyik. Futbolçuların da günahı var. Onlar da qərar verməlidir ki, klubda oynamaq ehtimalı azdırsa....Rüstəm Əhmədzadəni bu gün alqışlamalyııq. "Sumqayıt"a gəldikdən sonra tam başqa olub. Demək ki, futbolçular öz komandalarını tapmalıdırlar. İddialı klublardan getmək istəmirlər, rahatdırlar. Futbolçular oynasa, milli üçün yaxşı olacaq. Bəzi məsələlər var ki, rəhbərliklə müzakirə edirik. Yaralı yerimizdir. Ümidliyəm ki, daha yaxşı olacağıq.

 

- Bundan sonra millidən nə gözləyək? Komanda əzmkar oldu, maksimum gözəl müdafiəyə çalışdı. Amma 180 dəqiqəyə 2 zərbə vurduq. Əzmkarlıq və müdafiə olunmaq sarıdan irəlilədik. Xal üçün qapıya zərbə lazımdır...

- Qapıya zərbə lazımdır. Zərbə çox oldu. Bizə yaxın rəqiblərlə başabaş və üstün oynaya bilərik. Bunu elə-belə demədim. Komandamın potensialını görüb, bunu deyirəm. Eyni səviyyədə olan rəqiblərlə daha üstün oynaya bilərik. Ukrayna ilə bizi müqayisə etsək, bizdən üstündürlər. Hər şey asan danışılası deyil, amma əzmkarlığı rahat deyirik. Amma o da yox idi axı. Nə qədər deyirdik ki, millidən əzmkarlıq istəyirik. Bu gün bu var. Bunu asanlıqla demək və üstündən keçmək..Buna da qiymət vermək lazımdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Oxşar xəbərlər