Transfer çalışmalarını davam etdirən"Şamaxı" daha bir futbolçu ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, "şirlər" qapıçı Kamal Bayramovla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti mlumat yayıb.
Qeyd edək ki, son mövsümü "Turan Tovuz"da keçirən "çərçivə qoruyucusu" qarşıdakı bir ili bölgə təmsilçisinin uğurları üçün çalışacaq.