top
Ayxan Abbasov: Səfərdə qazanılan bir xal bizim üçün daha önəmlidir Sport24.az
Dünən, 21:12
- +

Ayxan Abbasov: Səfərdə qazanılan bir xal bizim üçün daha önəmlidir

"Şamaxı" Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Qarabağ"la 0:0 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Bilirdik ki, çətin olacaq. Son turdakı nəticədən sonra toparlanmağımız önəmli idi. Bu gün nəticədən asılı olmayaraq, futbolçularıma təşəkkür edəcəkdim. Çünki həqiqətən meydançada döyüşkən ruh, istək var idi. Qol epizodlarımız da oldu. Bu da bizə xas olan oyundur. Ötən matçda futbolda nadir hallarda olan hər şey başımıza gəldi. Qırmızı vərəqə aldıq, öz qapımıza qol vurduq. Önəmli olan toparlanmaq idi. Futbolçularıma təşəkkür edirəm ki, "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm inanılmazı bacaracaqlar.

 

- Bir xalı sizin, yoxsa "Qarabağ"ın aktivinə yazmaq olar?

- Bizə hər xal vacibdir. Çünki məqsədlər ayrıdır. Biz "Qarabağ"la müqayisə ediləsi deyilik. Əsas odur ki, "Şamaxı" adı ilə "Qarabağ"dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldır. "Qarabağ" çempionluğa oynayan, lider komandadır. Səfərdə bir xal bizim üçün daha önəmlidir.

 

- "Qarabağ" bu gün müdafiə xəttinizi yarada bilmədi, yoxsa siz yaxşı oynadınız?

- Elə siz hər şeyi dediz. "Qarabağ" ağır səfərdən gəlmişdi, heyətlərində dəyişiklik olmuşdu. Bilirdik ki, 60-cı dəqiqədən sonra əsas heyəti buraxacaqlar. Düzdür, "Qarabağ"da əsas heyət deməyə adam bir az çətinlik çəkir. Amma bu gün müdafiəçilərimiz yaxşı oynadı. Demək olar ki, rəqibə 100 faizlik epizod vermədik. Bizdə isə əks-hücumda qol epizodları daha real görünürdü. Futbolçularımız oyuna yaxşı konsentrasiya olmuşdu.

 

- Qol epizodlarınız oldu, amma vura bilmədiz. Futbolçular təzyiq altında bunu reallaşdıra bilmirdi, yoxsa işləmək lazımdır?

- Hücum çətin plandır. Onu daimi işləməlisən ki, oyunçular bir-birini yaxşı başa düşsün. "Qarabağ"la oyunda belə epizodlara girməyin özü də, istək və işdir. Rafael Məhərrəmli və Kərim Rossinin zərbələri daha kənara getsəydi, qol ola bilərdi. Hücum planında dayanmırıq. Mənim üçün önəmli olan odur ki, lider komandalara qarşı hücum etməliyik. Çalışırıq, vaxt lazımdır.

 

- Edqar Adilxanovu çoxdandır ki, görmürük...

- Əməliyyat olunub. U-21 yığmasının heyətində Portuqaliyaya qarşı görüşdən qabaq da zədəli idi. Fikirləşirdik ki, bu ağrı ilə qışa qədər oynaya bilər. Qasıq nahiyyəsində problem var idi. Get-gedə Edqarı itirə bilərdik. AFFA Almaniyada əməliyyat etdirdi onu. Məşqlərə başlayıb. Yəqin ki, gələn turda 23-lükdə olacaq.

- Həm klubda, həm də yığmada işləmək sizə çətinlik yaratmır?

- Onsuz da, hər yerdə çətindir. Fərq etmir, milli, ya klub. Yükü bilirik. Çalışırıq ki, öhdəsindən gələk. Nə qədər effekt verəcək, onu sonda görəcəyik.

 

- Millidə işləməyinizin "Şamaxı"ya mənfi təsiri də var. Bu baxımdan peşman deyilsizki?

- Yox. Onsuz da, mövsümün əvvəlində bu prosesi bilirdik. Düzdür, planda U-21 yığması idi. "Şamaxı" rəhbərliyi ilə də danışmışdıq ki, bu gün komandamızda 8-9 futbolçu U-21 yığmasına gedirdi. İş elə alındı ki, A millidəyik. Əlbəttə, "Şamaxı"ya təsiri ola bilər. Amma burada klubun qazancı da var. Biz bu təhlükəni qabaqcadan bilirdik və buna hazır idik.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:06

Mbappe Ronaldinyo və Ronaldo kimi El Klassikoda ardıcıl qol vurmağı bacardı

Tennis
Bu gün, 00:16

Yannik Sinner Vyana ATP-500 turnirinin qalibi oldu

Futbol
Bu gün, 00:11

"Qarabağ"ın rəqibi "Ayaks" səfərdə "Tvente"yə qalib gəldi

Güləş
Dünən, 23:54

Gənclər arasında dünya çempionatı: Azərbaycan güləşçiləri qızıl və gümüş medal qazanıblar + DİGƏR NƏTİCƏLƏR

Güləş
Dünən, 23:51

Azərbaycan güləşçiləri U-23 Dünya Çempionatında qızıl və gümüş medal qazanıblar

Futbol
Dünən, 23:47

"Real Madrid" - "Barselona" matçında dava baş verib

Güləş
Dünən, 23:37

U-23 Dünya Çempionatı: Azərbaycan güləşçilərindən qızıl və gümüş medal

Güləş
Dünən, 23:35

Azərbaycan güləşçiləri U-23 Dünya Çempionatında medal qazanıblar

Futbol
Dünən, 23:31

"Fiorentina" penalti sayəsində "Boloniya" ilə heç-heçə etdi

Futbol
Dünən, 23:21

"Qarabağ" - "Şamaxı": "Azərsun Arena"da qolsuz heç-heçə - Video

Futbol
Dünən, 23:12

"Totenhem" "Everton"u məğlub etdi: hesab 3:0

Futbol
Dünən, 23:03

Qurban Qurbanov "Şamaxı" oyunundan danışdı: Hakimlərin oyunlara fərqli yanaşmasını istəyirik

Futbol
Dünən, 22:52

"Real" "El-Klasiko"da "Barselona"ya qalib gəldi: hesab 2:1

Güləş
Dünən, 22:51

Gənclər arasında Dünya Çempionatı: Azərbaycan güləşçilərindən qızıl və gümüş medal - YENİLƏNİB + FOTO + VİDEO

Basketbol
Dünən, 22:50

"Fənərbaxça"nın borcu rekord həddə çatdı: 588 milyon avro

Güləş
Dünən, 22:42

U-23 Dünya Çempionatı: Kənan Heybətov çempion oldu, digər güləşçilərin nəticələri — YENİLƏNİR

Futbol
Dünən, 22:37

Qurban Qurbanov "Şamaxı" oyunu və hakimliyin oyun tempinə təsiri haqqında

Formula 1
Dünən, 22:34

Malayziya Qran-Prisi öncəsi qəza: Rueda və Dettviller xəstəxanaya yerləşdirilib

Futbol
Dünən, 22:22

Haaland Şirerin Premyer Liqada qış vaxtına keçid öncəsi rekordunu təkrarladı

Futbol
Dünən, 22:18

El Klasikoda oyunsonu insidenti: Rafinya və Vinisius Junior qarşıdurması

Futbol
Dünən, 22:11

Patrik Andrade "Araz-Naxçıvan" - "Sabah" oyunundan sonra fikirlərini bölüşdü

Futbol
Dünən, 21:55

Retkliff Levandovskinin "Mançester Yunayted"ə transferinə qarşı çıxdı

Futbol
Dünən, 21:53

Abubakarın "Neftçi"də uğurlu debütü: "Qəbələ"yə qarşı qol və qol ötürməsi

Futbol
Dünən, 21:40

Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"

Oxşar xəbərlər