top
Ayxan Abbasov Şamaxı -nın Sabah ilə oyunu haqqında danışdı: Risk etməyi düşündük Sport24.az
23 noyabr 2025, 17:22
- ↺ +

Ayxan Abbasov "Şamaxı" -nın "Sabah" ilə oyunu haqqında danışdı: "Risk etməyi düşündük"

Misli Premyer Liqasının XII turunun "Sabah" – "Şamaxı" oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Yaxşı komandaya qarşı oynayırdıq. Bilirdik ki, son oyunlarda qələbələri sıralayırlar. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçuların performansı bizi sevindirdi. Təəssüf edirəm ki, epizodları dəyərləndirə bilmirik. 100 faizlik şansları qaçırırıq. Bunun üzərində dayanmadan çalışırıq. Oyun planımızdakı epizodlar alındı. Balaunun, Şuaybunun epizodlarını gözləyirdik. Mühüm xal qazandıq. Gələcəyə baxacağıq.

 

– Oyundakı mübahisəli epizodlarla bağlı fikirləriniz nədir?


– Təkrarlara baxmamışam. Oyunun tempi yaxşı idi. Kamranbəy də imkan verirdi oynamağa. Bəzi məqamlarda xırda foullar oldu. Hər şeyə meydançada reaksiya veririk. Yəqin, VAR-da epizodlara baxırdılar.

 

– İkinci hissədə hücuma yönəlik oyunçuları çıxırdınız…


– Bu gün bir hücumçumuz var idi. Həbib, Edqar hücuma daha çox çıxan oyunçulardır. Balaunu irəli atıb, sistemi dəyişdik. Rəqib üstümüzə çox gəlirdi. Olanımız budur, istəyirdik nəsə edək.

 

– Rüfət bu gün vinger kimi oynayırdı. Yeni "Toral Bayramov" yetişdirirsiniz?


– Bugünkü sistem rəqibə görə idi. "Sabah" yaxşı hücum qura bilən komandadır. Cinahlarda oyunçu saxlayır, birə-bir mübarizə aparırlar. Rüfətin özünəinamı artsın deyə hücumda oynatdıq. Rüfət universaldır, bəlkə, gələcəkdə sağda da oynatdıq.

 

– "Sabah"ı sankı artıq daha yaxşı tanıyırsınız… 


– "Sabah" bu gün bizdən bu sistemi gözləmirdi. Çempionatda hər komanda bir-birini yaxşı tanıyır. Bu gün risk etməyi düşündük. Komandamızda anlama prosesi artıq daha yaxşıdır.

 

– Limitin ləğvindən sonra futbolun keyfiyyəti artacaq deyirdilər. Amma meydanda keyfiyyət görünmür. Ötən mövsümlə müqayisədə keyfiyyət artıb?

– Çempionatımız çətindir. Bunu kənardan mütəxəssislər də deyir. Bəzən yaxşı görünməməsinin səbəbi oyun saatı, stadiondakı boş tribunalardır. Serbiya, Danimarka və s. çempionatlara baxırsan, bəzən oyunda heç künc zərbəsi olmur. Biz əvvəl daha çox meydanda hücum futbolu oynanılırdı. Amma indi vəziyyət dəyişib. Taktiki mübarizə daha ön plana çıxıb. Komandaları başa düşmək olar, nəticəyə oynayırlar. Limitin ləğvindən sonra səviyyənin tez artacağı fikri ilə razılaşmıram.

 

– Bu temp, sürətlə keçən çempionata baxanda gələcəkdə milli komanda nəsə ümid verir?


– Çempionatda göstəricilər var. Oyunun neçə dəqə keçməsini təhlil edirik. Bir çox çempionatdan üstünük. Bizdə ən aşağı dəqiqə 35-37 olur. Amma ölkələr var ki, 30 dəqiqə futbol oynanılır. Düzdür, hər şey ideal deyil, artırmalıyıq. Çempionatın tempi artanda milli də yaxşılacaq demək düzgün deyil. Komandada rəqabət olmalıdır. Baxın, Xəyal Əliyev "Sabah"da əsas heyət üzvüdür. Rəqabəti də artırmalıyıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Oxşar xəbərlər