top
Ayxan Abbasov: Sanki bütün problemlər həll olunub, bircə bu qalıb Sport24.az
29 sentyabr 2024, 18:33
- ↺ +

Ayxan Abbasov: "Sanki bütün problemlər həll olunub, bircə bu qalıb"

Misli Premyer Liqasının VIII turu çərçivəsində keçirilən "Şamaxı" - "Turan Tovuz" matçından (2:2) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun iştirakı ilə mətbuat konfransı keçirilib. Sport24.az xəbər verir ki, o, oyunla bağlı fikirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Maraqlı və gərgin oyun oldu. Matçın belə gərgin keçəcəyini gözləyirdik. Birinci hissənin ilk 15 dəqiqəsində fərdi səhvlərdən qol buraxdıqdan sonra komandada panika yarandı. Lakin daha sonra üstünlüyü ələ ala bildik. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün çox çalışmalıyıq. Son saniyələrdə qol buraxmağımız futbolçulara pis təsir etdi. Bu, futboldur. Bir xal da bir xaldır. Növbəti matça köklənəcəyik.

 

- İkinci hissədə nə baş verdi? Sanki ilk yarıdakı "Şamaxı"nı görmədik...
- Futbolçular tələsirdilər. Buna görə də oyunumuz alınmadı. Yeni komandayıq. Belə situasiyalar normaldır. Bunlar üçün təcrübəyə ehtiyac var. Sevinirəm ki, ikinci hissədə gedişatı dəyişə bildik.

 

- Hədəfiniz dəyişib?
- Xeyr, eynidir. Elitada qalmağa çalışacağıq.

 

- Bu mövsüm qazandığınız qələbələrin səbəbi nədir? Burada hər hansı prinsip var?
- Bizim üçün rəqibin fərqi yoxdur. Oyunlara qələbə qazanmaq üçün çıxırıq. Burada heç bir özəllik, prinsipiallıq yoxdur.

 

- Oyundan sonra "Turan Tovuz"un rəhbərliyi ilə görüşdüz?
- Bəli, görüşümüz oldu. Bir-birimizə uğurlar arzuladıq.

 

- "Turan Tovuz"da çalışarkən, hədəf avrokuboklara vəsiqə qazanmaq idi. Lakin yola salındız. Düşünmürsüz ki, "Şamaxı"da da hədəfiniz avrokuboklara vəsiqə qazanmaq olsa, yenə sizi yola salacaqlar?
- Mövsüm başlayan ilk gündən bilirdik ki, çətin olacaq. Premyer Liqada qalsaq, rəhbərliklə danışacağıq.

 

- Hakimin qəbul etdiyi qərarlara münasibətiniz necədir?
- Tural Qurbanovun xətrini çox istəyirəm. Elitada ən perspektivli hakimlərdən biridir. Lakin oyunu tez-tez saxladı, lazımsız sarı vərəqələr göstərdi. Deyirdik ki, yeni sədr gələr, sevinərik. Bunu qorxmadan deyirəm. Bu gün dördüncü hakimlər əsəblərimizlə oynayırlar. Xarici çempionatlara baxsınlar və ibrət götürsünlər. Sanki bütün problemlər həll olunub, bircə bu qalıb.

 

- Olar ki, futbolçularınız simulyasiyaları az etsinlər?
- Bu da futbolun gözəlliklərindən biridir (gülür).

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər