top
Ayxan Abbasov: Qələbəyə layiq idik Sport24.az
22 dekabr 2024, 16:57
- ↺ +

Ayxan Abbasov: "Qələbəyə layiq idik"

"Önəmli qələbə idi. Çoxdandı bunu istəyirdik. Son 4 matçda komandadan oyun baxımından çox razı qalmışdım. Bu gün də qələbəyə layiq idik. Çoxlu qol epizodlarımız oldu. İkinci hissədə daha diqqətli olduq. Çox sevinirəm ki, gənc futbolçular inkişaf edir. Onları Azərbaycan futboluna qazandıqmaq istəyirik. Qışdan sonra çox çətin olacaq. Hər kəs güclənir. Biz də çalışacağıq ki, fasilədə güclənək. Yaxşı təlim-məşq toplanışı keçib qışdan sonrakı oyunlara hazırlaşacağıq".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 18-ci turunun "Şamaxı" ilə matçından sonra keçirilmiş mətbuat konfransında danışıb.

 

O, jurnalistlərin suallarını da cavablandırıb.

 

- Qış toplanışı ilə bağlı planınız necədir?

- Bakıda olacağıq. "Zirə" və "Sabah"la yoxlama oyunu keçirəcəyik. Vaxt azdır. Futbolçular yorğunluğu atmalıdır. İki həftəlik hazırlığı yaxşı keçəcəyik.

 

- Mövsümün əvvəlində qışa qədər neçə xal toplamağı planlaşdırmışdız?

- Minimum və maksimum var idi. Minimum 15, maksimum 20 xal düşünürdük. Amma bu aşağı da ola bilərdi, yuxarı da. Bəzi oyunlarda istədiyimizi ala bilmədik. Çempionatda gözlənilməz hallar olur, Premyer Liqamız gərgin keçir. Heç kim "Neftçi"nin ilk üçlükdə olmayacağını gözləmirdi. Ötən mövsüm "Qəbələ"nin Premyer Liqanı tərk etməsi sürpriz oldu. Topladığımız xal Premyer Liqada qalmaq üçün hələ ki, pis deyil.

 

- Vasili Berezutskiyə ilk məğlubiyyəti yaşatdız. Bu haqda nə deyə bilərsiz?

- Hansısa məşqçiyə qarşı xüsusi hazırlaşmıram. Bura təcrübəli məşqçilər gəlib baş çıxara bilməyib. Berezutski üçün Premyer Liqamız yaxşı təcrübədir. Murad Musayev Azərbaycanda böyük təcrübə topladı. Nuri Şahinə baxın, Türkiyədə çalışdı, indi "Borussiya"nın baş məşqçisidir. Berezutski üçün burada çalışmaq faydalı olacaq.

 

- Adil Nağıyevlə Giorgi Kantariyanın ayrılığı komandanın oyununa müsbət təsir edib?

- Gənclərə şans verdik. Onlar 4 oyunun hamısnı yaxşı keçirdilər. "Səbail"ə məğlubiyyətydən sonra komandada eniş oldu. Bunun səbəblərindən biri o idi ki, cəzalı və zədəli oyunçularımız çox idi. Həmin matçlarda gənclər təcrübə qazandı. Məni sevindirən odur ki, komanda sona qədər vuruşur. Onların yerində oynayan futbolçular özlərini yaxşı göstərdilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Oxşar xəbərlər